Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sentyabrın 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində F. Sinirlioğlunun Elmar Məmmədyarovla keçirəcəyi görüşdə iki ölkə arasında gündəmə dair məsələlər, regionda və dünyada baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Türkiyə XİN başçısının prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşü də nəzərdə tutulur.