Accessibility links

Xədicə İsmayılın məhkəməsinə jurnalistlər və yaxınları buraxılmayıb [Video] [Yenilənib]


Xədicə İsmayılın məhkəməsinə jurnalistlər və yaxınları buraxılmayıb
please wait

No media source currently available

0:00 0:05:21 0:00

Xədicə İsmayılın məhkəməsinə jurnalistlər və yaxınları buraxılmayıb

Rəvan Seyfulla, Şirin Abbasov və Orxan Rüstəmzadə sərbəst buraxılıb

Jurnalist Xədicə İsmayılın işi üzrə prosesidə günün ikinci yarısında davamında müttəhim məhkəmə heyətinə etiraz verib, müstəqil mətbuat nümayəndələrinin zala buraxılmamasına etiraz edib. O bildirib ki, "Amerikanın Səsi", "AzadlıqRadiosu" və "Azadlıq" qəzetlərinin müxbirləri məhkəmə zalına buraxılmalıdır. Lakin hakim etirazı baxılmamış saxlayıb.

Daha sonra şahid ifadələri başlayıb. Araşdırmaçı-jurnalist Aynur İmranova bildirib ki, məhkəmə ondan müttəhimin Tural Mustafayevlə əlaqələri haqqında soruşub.

İmranova bildirib ki, onların şəxsi münasibətləri haqqında məlumatı yoxdur, amma Mustafayevin keçmiş həyat yoldaşından bilir ki, onun psixi problemləri var, o, üç dəfə intihara cəhd edib. Məhz buna görə onu heç yerdə işə götürmürdülər.

İmranova həmçinin bildirib ki, İsmayılova jurnalistika ilə məşğul olurdu və heç kimə təzyiq göstərə bilməzdi.

Daha sonra Mustafayevin intihara cəhd etdiyi “Park Bulvar” əyləncə mərkəzinin əməkdaşı, habelə ona siçan zəhəri satan şəxs dindirilib, deyə vəkil Fariz Namazlı bildirib.

“Park Bulvar”ın əməkdaşı bildirib ki, onun gözləri qarşısında 4 intihara cəhd hadisəsi baş verib, amma bundan əvvəl heç vaxt məhkəməyə çağırılmayıb.

Bu gün AzadlıqRadiosunun keçmiş layihə əlaqələndiricisi Babək Bəkir də məhkəməyə ifadə verib.

Növbəti iclas avqustun 10-da keçiriləcək.

***

Fasilədən sonra davam etdirilən məhkəmə prosesində Xədicə İsmayıl məhkəmə tərkibinə bir daha etiraz edib. Jurnalist prosesin açıq keçirilməsini tələb edib. Bunun üçün isə "Amerikanın Səsi", “Azadlıq” radiosunun və “Azadlıq” qəzetinin əməkdaşları zala buraxılmalıdır. Əks halda o, suallara cavab verməkdən imtina edir.

Sonra X.İsmayıl dayanmadan eyni tələbi təkrarlayıb. “Jurnalistlər zala buraxılsın... Əks halda ifadə verməkdən imtina edirəm”.

Prokuror təqsirləndirilən şəxsin hərəkətinin məhkəməyə hörmətsizlik kimi qəbul olunmasını təklif edib.

Jurnalist prokuororun təklifinə replika verib:

“Siz məndən hörmət gözləyirdiniz ki? Həbs edəcəksinizsə, elə indi edin”, o qeyd edib.

Hazırda məhkəmə heyəti müşavirəyə yollanıb.

Vəkillər məhkəmə tərkibinə etiraz hazırlayır.

***

Avqustun 7-də jurnalist Xədicə İsmayılın işi üzrə prosesdə ittihamnamə oxunub.

Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Lakin zərərçəkən Tural Mustafayev prosesə gəlmədiyindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə ittiham oxunmayıb. Məhkəmə T.Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.

Müdafiə tərəfi X.İsmayıla vəkillərinin yanında əyləşmək imkanı verilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib və X.İsmayıl “akvarium”da qalmalı olub.

Hakim Ramella Allahverdiyeva bildirib ki, “bu, onun təhlükəsizliyi üçün lazımdır”.

Vəkil “Azadlıq” radiosunun Bakı bürosunun vergi yoxlamasının avqustun 14-dək dayandırılması barədə Bakı Vergi Departamentinin qərarının işə əlavə olunmasını xahiş edib.

X.İsmayılova vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamları rədd edərək onları gülünc, hüququ əsası olmayan ittihamlar adlandırıb. O, siyasi motivlərlə həbs olunduğunu təkrar edib.

Fasilədən sonra X.İsmayılova ifadə verməyə davam edəcək.

***

Xədicə İsmayıl hazırda məhkəmədə sərbəst ifadə verir.

Zərərçəkmiş Tural Mustafayev, şahidlər Tural Mustafayevin nişanlısı Rövşanə Rəhimova, jurnalist Aynur İmranova, Turalın ailə üzvləri və "Park Bulvar"da hadisə vaxtı Tural Mustafayevi xəstəxanaya aparmış bulvar işçisi də ifadə verəcək.

***

Jurnalistlər Rəvan Seyfulla və Şirin Abbasov sərbəst buraxılıb.

***

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.

Xədicə İsmayılın məhkəmə prosesi əvvəlkinə nisbətən iri zala köçürülsə də, onlarla adam yenə də qapı arxasında qalıb. Məhkəmə nəzarətçisi elan edib ki, yerlər artıq dolub.

İçəri diplomatik nümayəndələrdən yaınız ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri buraxılıb, Niderland və Böyük Britaniya təmsilçiləri kənarda qalıb.

Məhkəmə zalına insanların buraxıldığı ümumi giriş qapısından nə bir jurnalist, nə ictimaiyyətin nümayəndəsi, nə İsmayılın yaxınları buraxılmayıb.

Məhkəmənin qarşısında çəkiliş aparan jurnalist Orxan Rüstəmzadə polis tərədindən saxlanılaraq Nəsimi rayon Polios İdarəsinin 22-ci polis bölməsinə aparılıb.

Jurnalistlər Rəvan Seyfulla və Şirin Abbasov (Meydan TV) jurnalist Orxan Rüstəmzadə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gediblər və son məlumata görə onları da saxlayıblar.

Proses başlayan zaman məhbus jurnalist Xədicə İsmayıl bildirib ki, ittiham aktı 125-ci maddəylə başladığından əvvəl ona qarşı ifadə verən, sonra isə ifadəsini təzyiq altında verdiyindən imtina edən Tural Mustafayev prosesə gəlmədiyi üçün təxirə salınsın.

Ancaq hakim heyəti onun vəsatətini qəbul etməyib. Məhkəmə prosesi başlayıb və Tural Mustafayevin məcburi gətirilməsi haqqında qərar çıxarıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.

Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Xədicə İsmayıl özünü təqsirli bilmir və bu ittihamları siyasi sifariş sayır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG