Accessibility links

Nils Mujnieks: Leyla və Arif Yunusların işləri Azərbaycanda repressiya mənzərəsini nümayiş etdirir


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa insan hüquqları komissarı Avropa Məhkəməsinə müraciətinin mətnini açıqlayıb

Aprelin 20-də Avropa insan hüquqları komissarı Nils Mujnieks Leyla və Arif Yunusların işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin mətnini açıqlayıb.

Avropa komissarının məlumatında deyilir ki, bu 2005-ci ilin fevralından Azərbaycanda tənqidi səslərə qarşı repressiv tədbirlər də daxil olmaqla ifadə və toplaşma azadlığı sahəsində sistematik çatışmazlıqla bağlı beşinci və sonuncu müraciətdir.

“Leyla və Arif Yunusların işləri son illər Azərbaycanı əhatə edən repressiya mənzərəsini nümayiş etdirir. Hüquq müdafiəçiləri qanunverici məhdudiyyətlər, cinayət təqibləri vasitəsilə repressiyalara məruz qalırlar”, müraciətdə deyilir.

Xatırladaq ki, Leyla və Arif Yunuslar 2014-cü ilin yayında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs ediliblər. Beynəlxalq ictimaiyyət onları siyasi məhbus hesab edir.

Leyla və Arif Yunuslar Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG