Aprelin 15-də hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində o, yekun sözlə çıxış edib
Hüquq müdafiəçisi qeyd edib ki, ittihamın mahiyyətinə ətraflı varmayacaq, çünki vəkillər müdafiə tərəfinin mövqeyini ətraflı açıqlayıblar.
Bununla yanaşı R.Cəfərov əlində olan bütün sənədləri nədən məhkəməyə təqdim etməməsi ilə bağlı dövlət ittihamçısının iradlarını şərh edib.
Əsasən o, istintaqa həbsindən öncəki bütün sənədləri təqdim edib. Həbsdən sonra qalan sənədlər də məhkəməyə verilib.
“Bu, prokurorun bildirdiyi kimi, təkcə donorlardan məktublar deyil. Biz layihələrin icrasını təsdiqləyən sənədləri də təqdim etmişik”, - R.Cəfərov vurğulayıb.
R.Cəfərov zərərçəkənlərin onunla dost olduqları üçün onun əleyhinə ifadə verməkdən imtina etmələri barədə prokurorun fikirlərini əsassız adlandırıb.
R.Cəfərovun beş zərərçəkəndən yalnız Əhməd Heybətovla dostluq münasibəti var, belə ki, məktəbdə bir yerdə oxuyublar. Digərlərini layihələrin reallaşması zamanı tanıyıb.
R.Cəfərov qeyd edib ki, böyük ədaləsizlik və əsassız həbslə üzləşib. Lakin heç kimə qarşı qəzəbli deyil,sadəcə öz hüquqlarının bərpasını istəyir. Sonda o, məhkəməni ona bəraət verməyə çağırıb.
Bundan sonra hakim Eldar İsmayılov məhkəmənin məşvərətə getdiyini bildirib.Hökm sabah oxunacaq, lakin dəqiq vaxtı bəlli deyil.
Prokuror R.Cəfərovun 9 il azadlıqdan məhrum olunmasını istəyib.
2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və saxtakarlıqda ittiham olunub.
Amnesty İnternational təşkilatı Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanıyıb.