Accessibility links

Müdafiə Nazirliyi Ermənistan tərəfin helikopterin vurulduğu ərazidə xüsusi əməliyyat həyata keçirilməsini təkzib edir


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Nazirlik ərazinin nəzarətdə olduğunu deyir

Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir :

"Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir".

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.

"Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır" deyə məlumatda qeyd olunub.

XS
SM
MD
LG