Accessibility links

Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini bağlayıb


Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti müxtəlif kanallarla əfv diləməyimə çalışır
Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti müxtəlif kanallarla əfv diləməyimə çalışır

Bu barədə təşkilatın həmtəsisçisi Bəxtiyar Hacıyev facebook səhifəsində yazıb

Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə bağlayıb.

Bu barədə təşkilatın həmtəsisçisi Bəxtiyar Hacıyev "facebook" səhifəsində yazıb .

“Çox böyük təəssüf hissi ilə bildiririk ki, Azərbaycan hakimiyyətinin qeyri-hökumət təşkilatları qanunvericiliyinə etdiyi dəyişikliklər nəticəsində hərəkatımızın fəaliyyəti praktiki olaraq mümkünsüzdür. Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə bağlayır.

Hərəkatımız son illərdə bir çox maarifləndirici layihələr reallaşdıraraq gənclərin ictimai fəallığının artırılması, cəmiyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsi üçün gənc liderlərin formalaşdırılması istiqamətində çalışıb.

Müsbət Dəyişiklik Kitab Klubu, “Öyrən, liderlik et, xidmət göstər” seminarlar silsiləsi, “Birlik üçün oxu” kimi layihələrimiz gənclərin, cəmiyyətin müxtəlif kəsimlərinin marağını cəlb edib.

Lakin son zamanlar QHT qanunvericiliyinə edilən dəyişikliklər beynəlxalq donorların təsdiqlədiyi layihələrimizin reallaşdırılmasının qarşısını alıb. Ümid edirik ki, qısa müddətdə həm beynəlxalq donorların, həm də müstəqil təşkilatların fəaliyyətini imkansız edən dəyişikliklər aradan qaldırılacaq, QHT-lərin qeyqeydiyyatı və qeydiyyatsız könüllü fəaliyyətin asanlaşdırılması istiqamətində ciddi addımlar atılacaq”.

Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib, hərbi çağırışdan boyun qaçırmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. 2012-ci il iyunun 4-də Ali Məhkəmə onun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib.

XS
SM
MD
LG