İnsan Haqları Evləri şəbəkəsinə daxil olan 10 təşkilat və 46 digər beynəlxalq QHT prezident İlham Əliyevə birgə məktubla müraciət edib.
Onlar Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoyulmasına, hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Bəşir Süleymanlının dərhal azadlığa buraxılmasına çağırıb.
Leyla Yunus və İntiqam Əliyevin səhhəti ilə bağlı ciddi narahatlıq ifadə edilib.
Qeyd olunub ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə ölkədə vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar baş verib.
Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə repressiyalarla bağlı məlumatları sərt şərt təkzib edir. Hökumət rəsmiləri Azərbaycanda hüquqi dövlət quruluşunun bərqərar olduğunu və insanların qanun qarşısında bərabərliyinin təmin edildiyini bildirir.