Accessibility links

Şeyxülislam dini liderlər qarşısında azərbaycanlı girovların qaytarılması məsələsini qaldırıb


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

"Bu yaxınlarda Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşümüzdə əsas müzakirə mövzumuz azərbaycanlı girovların qaytarılması məsələsi olub".

Trend agentliyinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, müzakirə olunan məsələlərdən biri də Ermənistanın dini lideri II Qareginlə görüşün təşkil olunması və azərbaycanlı girovların qaytarılması məsələsinin ən vacib məsələ kimi onun qarşısında qoyulması olub.

"İmkan daxilində dini liderlər bu məsələdə yardım edəcək, əlbəttə, hüquqi baxımdan bu məsələ dövlətin səlahiyyətindədir və dövlət özü vətəndaşlarını qoruyur. Biz də bu məsələdə dövlətin yanındayıq".

Ermənistan xüsusi təyinatlıları tərəfindən Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb.

H.Həsənovun nəşi Azərbaycana qaytarılıb. Şahbaz Quliyev və Dilqəm Əsgərovun isə məhkəməsi keçirilir.

XS
SM
MD
LG