Yelisey sarayı Fransa prezident Fransua Ollandın təşəbbüsü ilə bu gün Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək danışıqların qrafikini açıqlayıb.
Belə ki, Bakı vaxtı ilə saat 14.00-da Fransa prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə, saat 15.15-də Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli görüş keçirəcək.
Bakı vaxtı ilə saat 21.00-da prezident Ollandın Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli formatda münaqişənin nizamlanması ilə bağlı danışıqları başlayacaq.
Saat 23.00-da isə Olland rəsmi şam verəcək.
Ermənistan mediası Paris görüşü ilə bağlı məlumat dərc etsə də rəsmi Bakı Azərbaycan prezidentinin səfəri ilə bağlı belə hələ məlumat yaymayıb.