Accessibility links

Turbörn Yaqland siyasi məhbusların azad edilməsi ilə bağlı nəzərəçarpacaq nəticə gözləyir


Avropa Şurasının baş katibi Torbyörn Yaqland Bakıda görüş keçirir (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)
Avropa Şurasının baş katibi Torbyörn Yaqland Bakıda görüş keçirir (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

O, siyasi məhbuslar üzrə işçi qrupunun yaradılmasını və sonuncu əfv fərmanını müsbət qiymətləndirir

Avropa Şurasının baş katibi Turbörn Yaqland Azərbaycanda hökumət və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə siyasi məhbuslar üzrə işçi qrupunun yaradılmasını və sonuncu əfv fərmanını müsbət qiymətləndirib.

Eyni zamanda o, bir çox siyasi məhbusun, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsinə çağırıb.

Yaqlandın çərşənbə günü axşam yayılan bəyanatında deyilir ki, AŞ baş katibi və Azərbaycan prezident arasındakı 22 oktyabr razılaşmasına əsasən 2008-ci ildən bu yana ilk dəfə insan hüquqları üzrə işçi qrupunun birgə iclası keçirilib.

Qrup 18 hüquq müdafiəçisi, parlament üzvləri və Prezident Administrasiyasının vəzifəli şəxslərindən ibarətdir.

Avropa Şurasının nümayəndələrinin də iştirak etdiyi birgə iclasda məqsəd Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti arasında dialoqun bərpasıdır.

Baş katib bu iclası ölkədə insan haqları ilə bağlı indiki durumun yaxşılaşdırılması yolunda addım kimi qiymətləndirib.

“Ötən həftə Azərbaycan prezidentinin fərmanı ilə əfv edilən 80 məhkumun arasında dörd fəalın olması ilk müsbət addımdır.

Mən səmimi olaraq ümid edirəm ki, bu günkü iclas nəzərəçarpacaq nəticələrə və böyük sayda fəalın azadlığa buraxılmasına səbəb olacaq.

Mən səbirsizliklə İlqar Məmmədovun azadlığa buraxılmasını gözləyirəm. Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə yekun qərar çıxarıb”, - Yaqland vurğulayıb.

XS
SM
MD
LG