Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muijineks oktyabrın 22-24-də Bakıda səfərdə olacaq.
Bu barədə Avropa Şurasının saytında Muijineksin səhifəsində bildirilir.
Səfərin proqramı isə hələlik açıqlanmır.
Nils Muijineks 2013-cü ilin mayında Bakıda səfərdə olub, rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.
Həmin il hazırladığı hesabatda bir sıra tövsiyələr irəli sürüb. Bir il sonra, 2014-cü ilin aprelində hesabatı yeniləyib, bunu Azərbaycanın öhdəlikləri davamlı pozmasıyla izah edib.
Azərbaycanın Avropa Şurasında sədrliyi noyabrda bitir.