Accessibility links

Cəmil Həsənli :Hədəfimiz birdir: siyasi məhbuslar, vicdan məhbusları dərhal və qeyd-şərtsiz azad olunmalıdır” [Video]


Milli Şura Azərbaycanda olan siyasi məhbuslara azadlıq tələb edir
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Milli Şura Azərbaycanda olan siyasi məhbuslara azadlıq tələb edir

Mitinqin qətnaməsini hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Əliyev oxuyub.

Milli Şuranın Bakıda, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda keçirilən mitinqi başa çatıb.

Saat 15-dən 17-dək çəkən aksiyada repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi tələb olunub.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Aksiyada son çıxış edən Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəriRövşən Əhmədli hakimiyyəti xalqın mənəvi dayaqlarını məhv etməkdə ittiham edib.

O deyib ki, dindarları narkomaniyada ittiham etməklə hakimiyyət özünə daha çox nifrət, daha çox narazılıq qazanır və öz antixalq mahiyyətini nümayiş etdirir.

Aksiyada son çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, 1 neçə il öncə Azərbaycanda 10-15 siyasi məhbus vardısa, indi onların sayı 110-115 nəfərə çatıb: “Ancaq diktator rejimlər öz xalqı ilə belə rəftar edə bilər. 1937-ci ilin repressiyalarından sonra hətta bəyənmədiyimiz avtoritar sovet rejimi ailəvi həbslərə getmirdi. Azərbaycanda isə ailəvi həbslər aparılır”.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Cəmil Həsənli ayrı-ayrı məhbusların adını çəkərək onların haqq işi uğrunda mübarizə apardıqları üçün zindanlara atıldığını vurğulayıb: “Hədəfimiz, məramımız birdir: siyasi məhbuslar, vicdan məhbusları dərhal və qeyd-şərtsiz azad olunmalıdır”.

Mitinqin qətnaməsini məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Əliyev oxuyub. Qətnamədə siyasi məhbusları azadlığa buraxmaq, repressiyaları, azad mətbuata, demokratik təsisatlara basqıları dayandırmaq, seçki islahatları aparmaq, Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək tələb olunur.

Mitinqin sonunda İntiqam Əliyevin oğlu aksiyanın qətnaməsini elan edib.

Qətnamədə siyasi məhbusları azadlığa buraxmaq, repressiyaları, azad mətbuata, demokratik təsisatlara basqıları dayandırmaq, seçki islahatları aparmaq, Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək tələb olunur.

XS
SM
MD
LG