Accessibility links

Milli Şuranın aksiyasına razılıq verilib


Milli Şuranın nümayişi
Milli Şuranın nümayişi

Mitinqin İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib

Milli Şuranın oktyabrın 12-də Bakıda təyin etdiyi aksiyaya Bakı şəhər İcra Hakimiyyəti razılıq verib.

Bu barədə Bakı şəhər İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov jurnalistlərə məlumat verib.

Mitinqin İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib.

Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 30-da keçirdiyi yığıncağında siyasi mitinq keçirilməsinə qərar verib. Mitinq təqiblərə son qoyulması və siyasi məhbusların dərhal azadlığa buraxılması tələbi ilə keçiriləcək.

Artıq bununla bağlı Facebook sosial şəbəkəsində Azadet adı altında event yaradılıb.

XS
SM
MD
LG