Accessibility links

Siyamək Mirzayinin müvəqqəti azadlığı üçün 320 min dollar zəmanət istənilib


Siyamək Mirzayi
Siyamək Mirzayi

İnqilab Məhkəməsinin Tehranın Evin həbsxanasında saxlanılan türk fəal Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümən (təxminən 320 min dollar) mülki zəmanət tələb etdiyinə dair məlumat yayılıb.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) məlumatına istinadən, qərarı Tehran vilayəti Gülüstan şəhərinin İnqilab Məhkəməsinin hakimi Rəcəbi sentyabrın 13-də fəalın həyat yoldaşına bildirib.

Amerikanın Səsinə məlumat verən məhbusun yaxınları da mülki zəmanətin məbləğini təsdiq edib.

Siyamək Mirzayi iyul ayının 24-də İran Azərbaycanının Muğan bölgəsindəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq öncə Ərdəbil Ettelaat həbsxanasına, oradan isə Tehranın Evin həbsxanasında Ettelaata məxsus 209-cu bölməyə göndərilib.

Milli fəal 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilin davamından məhrum edilmə kimi basqılara məruz qalıb.

O, 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

XS
SM
MD
LG