Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçlısı Sirac Kəırimova 8 il həbs istəyib.
Sirac Kərimli 2014-cü ilin iyulunda Daxili İşlər Nazirliyinin Narkotikə Qarşı Baş İdarəsinin əməkdaşları tərəfindən Səbail rayonu ərazisində saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham edilib.
Sirac Kərimovun qardaşı Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimov da eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs-qətiimkan tədbiri seçilib. Hər iki qardaş ittihamı siyasi sifariş hesab edir və qəbul etmir.
Vəkil Nemət Kərimli Siracı qardaşı Fərəcin əvəzinə səhv olaraq tutduqlarını bildirib. “Sonradan biliblər ki, qardaşaları səhv salıblar. Amma, Siracı da həbsdə saxlayıblar”.
Vəkil Amerikanın Səsinə dövlət ittihamçısının 8 il həbs istəməsini ədalətsiz adlandlırıb.
“Bu istintaq işi Azərbaycan məhkəməsinin xarakterinə uyğundur. Hesab edirəm ki, məhkəmənin qərarı da prokurorun dediyi ilə üst-üstə düşəcək”, Nemət Kərimli qeyd edib.