Accessibility links

Simin Səbri: İran rejimi üçün koronavirus epidemiyasında siyasi məqsədlər öndə gəlir


Simin Səbri: İran rejimi üçün koronavirus epidemiyasında siyasi məqsədlər öndə gəlir
please wait

No media source currently available

0:00 0:13:21 0:00

Güneyli hüquq müdafiəçisi Simin Səbri Amerikanın Səsinə müsahibəsində İranda koronavirus epidemiyası, hökumətin buna cavabı və İran Azərbaycanının bölgələrində durum haqda danışıb.

İran koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən biridir. Birləşmiş Ştatlar İran rejimini ölkədə koronavirus epidemiyasının yayılması ilə bağlı informasiyanı gizlətmətdə ittiham edib.

Simin Səbri İran rejiminin epidemiyanın yayılmasına cavabı ilə bağlı tənqidlərlə razılaşaraq, rejim üçün siyasi məqsədlərin öndə gəldiyini deyib.

İran hökuməti bu məsələyə də, koronavirusa da təhlükəsizlik məsələsi kimi baxır.


“Bu, birinci dəfə deyil ki, İran rejimi böhranlı vəziyyəti bu formada idarə edir. Bir neçə vaxt öncə, üstündən çox vaxt keçməyib, iki aya yaxın, Ukrayna sərnişin təyyarəsinin sirli bir halda Sepahın vurması, onların etirafı belə üç gün gecikdi. Ondan sonra da onu qəsdən vurmaları sual altındadır. Yəni demək istəyirəm ki, İran hökuməti bu məsələyə də, koronavirusa da təhlükəsizlik məsələsi kimi baxır.”

Simin Səbri İran rejiminin koronavirusun yayılması ilə bağlı ABŞ dövlət katibinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun “informasiyanın qarşısının alınması və yalan məlumatların yayılması” ilə bağlı tənqidlərini qeyd edib. O, Çində və dünyanın başqa ölkələrində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması səylərini göstərib, lakin İranda bu kimi reaksiyanın verilmədiyini deyib. “Ona görə ki, rejimin öz siyasi hədəfləri öndə gəlir” – deyə, Simin Səbri əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG