Qadınlara qarşı cinsi zorakılıq mövzusu son vaxtlar Clubhouse sosial şəbəkəsində İran Azərbaycanı ilə bağlı təşkil olunan söhbət otaqlarında müzakirəyə qoyulur. Siyasi fəal və psixiatr həkim Simin Səbri Amerikanın Səsi ilə həmin otaqlarda cərəyan edən mübahisələri şərh edib.
Simin Səbri sosial media üzərindən cinsi zorakılığa məruz qalan qadınların öz təcrübələrini ümumiləşdirməsini ümumilikdə müsbət və yararlı bir addım kimi dəyərləndirir.
Eyni şəkildə, qadınların dərdlərindən danışanda, bəzi kişilər o pan-İranistlərə oxşar cavablar verirlər. Yəni, bu bəylər də eynən pan-İranistlərin türk məsələsinə yanaşdığı kimi yanaşırlar qadın məsələsinə.
O, eyni zamanda bəzi kişilərin qadın fəallara baxışını pan-İranist qüvvələrin türk fəallara olan baxışına oxşadır.
“Biz İran rejimi tərəfindən türklərə qarşı bu ayrı-seçkiliklərdən və türk uşaqlarına olan zülmdən danışanda, pan-İranist qüvvələr deyir ki, tək sizə [zülm] olmur, hamıya olur. Bir şəkildə o zülmü ört-bas etməyə çalışırlar ki, sən dözməlisən əsas problemlər həll olsun sonra görək sən nə deyirsən. Eyni şəkildə, qadınların dərdlərindən danışanda, bəzi kişilər o pan-İranistlərə oxşar cavablar verirlər. Yəni, bu bəylər də eynən pan-İranistlərin türk məsələsinə yanaşdığı kimi yanaşırlar qadın məsələsinə. Başqa problemləri qadın məsələsinə qarışdırırlar,” siyasi fəal ifadə edir.
Səbri həmin söhbət otaqlarında bəzi müşahidələrinin ürəkaçan, bəzilərinin isə incidici olduğunu önə çəkir.
Bu ki, güya insanlar bir elmə yiyələndikdə illə də cinsi bərabərlik, məzhəb bərabərliyi və ya millətlər arası bərabərlik düşüncəsinə malik olurlar, bu doğru deyil.
O, deyir ki, “bir cəhətdən ürəkaçan idi ki, xüsusən bəylər, baxmayaraq ki, bəzən heç seksizmin nə olduğunun fərqində deyildilər, amma gəlib həmrəylik və dəstək bildirirdilər. [Cinsi zorakığılı] tənqid edirdilər. Amma, mən daha çox gözləyirdim fokus o məsələ üzərində olsun. Halbuki, cəhd edildi ki, bu məsələni başqa yerlərə çəksinlər ki, güya kimsələr bundan yararlanmaq istəyir, ya güya bu bir tələdir. Halbuki, hər şeydən əvvəl bu hücum (cinsi zorakılıq) qınanmalıydı və hücum edən o şəxs (kişi) bütün düşüncə qrupları tərəfindən uzaqlaşdırılmalı idi. Amma təəssüf ki, bunu iki siyasi qrup arasındakı bir dava kimi göstərməyə çalışdılar. İşin burası heç də ürəkaçan deyildi.”
Simin Səbri hesab edir ki, yüksək təhsil səviyyəsinə sahib olmaq gender bərabərliyinə inanmaq anlamına gəlmir:
“Güya insanlar bir elmə yiyələndikdə mütləq cinsi bərabərlik, məzhəb bərabərliyi və ya millətlər arası bərabərlik düşüncəsinə malik olurlar, [bu doğru deyil]. Necə ki, biz milli kimliyimiz haqqında danışanda görürük ki, hətta bir neçə doktorluk dərəcəsinə sahib olan şəxs belə aşağılayıcı və olduqca təhqir edici mövqedən çıxış edir. Eyni şəkildə, belə deyil ki, hər hansı siyasi şəxsiyyətə çevirilmiş ya bir parlamentdə oturmuş və ya elmi dərəcə almış ya da almaqda olan şəxslər, mütləq ki, cinslər arası bərabərliyi qəbul edirlər.”