Accessibility links

Şimali və Cənubi Koreyalar sərhədində atışma baş verib


Şimali Koreya Cənubi Koreyanın hərbi mövqelərinə atəş açıb

Seul rəsmiləri deyir ki, Şimali və Cənubi Koreyaların qərb sərhədlərində atışma olub. Bu, sərhədyanı zorakılıqların sırasında ən sonuncusudur.

Cənubi Koreyanın müdafiə naziri deyir ki, hadisə cümə axşamı Şimali Koreyanın Cənubi Koreyanın hərbi mövqelərinə atəş açmasından sonra başlayıb.

Cavab olaraq Cənubi Koreya Şimala onlarla 155 millimetrlik artilleriya güllələri atıb.

Cənubi Koreyanın xəbər agentliyi bildirib ki, reaktiv mərminin Cənubi Koreyanın Seuldan 60 kilometr uzaqlıqda yerləşən Yeonçeon şəhərindəki hərbi bazanın yaxınlığındakı dağlıq əraziyə düşdüyü güman edilir.

Hələ ki, itki yoxdur.

Şimal-Cənub münasibətləri Seulun Pxenyanı bu ay iki Cənubi Koreyalı əsgərin yaralanması ilə nəticələnən minaları yerləşdirməkdə ittiham etməsindən sonra daha da gərginləşib.

İlk olaraq Cənubi Koreya rəsmiləri mülki şəxslərin Yeonçeondan evakusiya olumasını əmr edib.

Daha sonra isə minanın partladığı Pacu regionu və qərbdə yerləşən Kanqua adası da evakusiya siyahısına əlavə olunub.

Mina insidentindən sonra Cənubi Koreya on ildən artıqdır dayandırdığı reproduktorlar vasitəsilə sərhədlərarası təbliğat yayımlarını bərpa edib. Şimali Koreya öz təbliğat yayımları ilə cavab verib.

Şimali Koreya mina hücumunda iştirakını inkar edib və ötən həftə Cənubi Koreya yayımları dərhal dayandırmadığı təqdirdə “Şimali Koreyaya qarşı psixoloji müharibə vasitələrini partladmaq məqsədilə genişmiqyaslı hərbi hərəkətə keçəcəyi” barədə xəbərdarlıq edib.

Bir neçə hesabatda Şimali Koreya artilleriya atəşinin təbliğat reproduktorlarını hədəf aldığı bildirib.

Cənubi Koreya hərbi hazırlığını ən yüksək səviyyəyə, Jindogae 1-ə qaldırıb ki, bu, yaxın təhlükə, hücum və ya işğal ehtimalının olduğunu göstərir.

ABŞ ordusunun əsgərləri hərbi təlimlərə hazırlaşırlar
ABŞ ordusunun əsgərləri hərbi təlimlərə hazırlaşırlar

Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası sərhəd bölgəsində Şimali Koreyanın atəş açmasını müzakirə etmək üçün prezident Park Geun-hye ilə görüşüb.

Bu atışma iki Koreya arasında oktabr ayından bəri ilk dəfə baş verir. Oktyabr ayında Şimali Koreya əsgərləri hərbi sərhədə yaxınlaşıblar və Cənubi Koreya əsgərlərinin xəbərdarlıq atəşi açmaqlarına baxmayaraq geri çəkilməyiblər və hətta cavab atəşi açıblar. Atışma 10 dəqiqə davam edib, lakin itki olmayıb.

Cümə günü baş verən atışma ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər həyata keçirdiyi vaxta təsadüf edir. Təlimlər bazar günü başlayıb və Şimali Koreya bunu müharibəyə hazırlıq kimi qiymətlədirir.

XS
SM
MD
LG