Accessibility links

Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır


Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır
Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır

Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. Report ağentliyi xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) fevralın 22-də açıqladığı növbəti hesabatında məlumat verib.

Hesabatda deyilir ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41 faiz azalıb. Bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.

Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü artıb. Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır.

Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb. 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14 faiz artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Silah satışının 74 faizi bu ölkələrin payına düşür.

XS
SM
MD
LG