Accessibility links

Umud Şükri: Türkiyə Qərbi itirəcək dərəcədə Rusiyaya yaxınlaşmaz [Audio-Müsahibə]


Umud Şükri
Umud Şükri

Umud Şükri Türkiyənin həddindən artıq Rusiyaya yaxınlaşaraq Qərbi itirmək riskinə girməyəcəyini düşündüyünü ifadə edir. Enerji eksperti Amerikanın Səsi ilə söhbətdə Türkiyədə 23-cü Dünya Enerji Konqresində iştirak edən prezident Vladimir Putin ilə prezident Rəcəb Tayyib Ərdoğanın görüşməsi, iki ölkə arasında imzalanan yeni ticari müqavilələr, Türkiyə-Rusiya münasibətlərinin davamlılığı, eləcə də Türkiyə-Rusiya əlaqələrinin Türkiyə-Qərb əlaqələrinə təsiri haqda düşüncələrini açıqlayıb.

Umud Şükri "Türk Axını" layihəsini şərh edir
please wait

No media source currently available

0:00 0:15:31 0:00

Umud Şükrinin söylədiklərinə görə, Putin-Ərdoğan görüşü ardından iki ölkə arasında imzalanan müqavilələrin ən önəmlisi enerji layihələri ilə əlaqəli olub:

İki ölkə arasında yaşanan böhran dönəmində belə Rusiya Avropa Birliyinə qarşı istifadə etdiyi enerji silahını Türkiyəyə qarşı istifadə etmədi.
Umud Şükri

“Vladimir Putin 23-cü Dünya Enerji Konqresində Rusiya prezidenti olaraq iştirak etdi, amma onun əsl amacı prezident Ərdoğanla görüşmək idi. İki ölkənin imzaladığı anlaşmaların ən önəmlisi Rusiyadan Avropaya gedən qaz kəməridir ki, bu da Qara Dəniz yolu ilə Türkiyədən keçəcək. Bu kəmərin Türkiyədən keçməsi Avropanın enerji təhlükəsizliyi baxımından Türkiyənin önəmini artıracaq.”

İnkişaf etməkdə olan iqtisadiyyatı ilə Türkiyənin sağlam enerji mənbələrinə ehtiyacı oldğunu önə çəkən enerji eksperti Rusiyanın Türkiyə üçün sağlam enerji mənbəyi ola biləcəyini söyləyir.

Onun sözlərinə görə, “iki ölkə arasında yaşanan böhran dönəmində belə Rusiya Avropa Birliyinə qarşı istifadə etdiyi enerji silahını Türkiyəyə qarşı istifadə etmədi. Türkiyə bu baxımdan Rusiyaya güvənə bilər... Türkiyə yaxın gələcəkdə Rusiyanın qazı üzərindən Avropa Birliyinin enerji güvənliyində oyun oynaya bilər.”

Ekspert həmçinin prezidentlərin görüşündən Suriya məsələsi ilə bağlı iki ölkə arasında yeni əməkdaşlıqların da üzə çıxa biləcəyini söyləyir.

Umud Şükri Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ilə bunun Azərbaycan Respublikası və İran kimi ölkələrə təsiri haqda da fikirlərinə bəyan edib.

Türkiyənin həddindən artıq Rusiyaya yaxınlaşaraq Qərbi itirmək riskinə girməyəcəyini ifadə edən Şükrinin dediklərinə görə, “Türkiyə Qərblə problemləri olanda Rusiyaya yaxınlaşaraq Qərbə mesaj vermək istəmiş... Amma məncə Türkiyə həddən artıq Rusiyaya yaxınlaşıb Qərbi itirmək riskinə girməz.”

XS
SM
MD
LG