Şotlandiyada Britaniyanın tərkibindən çıxmaq barədə referendum keçirir.
Ölkə boyu təxminən 2600 səsvermə məntəqəsində seçicilər səsvermə vərəqələrində “Hə” və ya “Yox” cavablarını işarələməlidir.
Secisi fəallığının yüksək olacağı gözlənilir. Belə ki, əhalinin 95 faizi səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib.
Britaniyadan ayrılmağın əlehdarları deyir ki, Şotlandiyanın İngiltərə ilə 307 illik birliyinin pozulması ölkə iqtisadiyyatına zərər vuracaq və hər kəsin həyatına mənfi təsir göstərəcək.