Şimali Koreyada 1953-cü ildə Koreya müharibəsində döyüşlərə son qoymuş barışıq haqda müqavilənin imzalanmasının 60 illiyi münasibətilə hərbi parad keçirilib.
Parad Şimali Koreyada dövlət səviyyəsində qeyd edilən “Vətənin azad edilməsi uğrunda Qələbə günü” nün qeyd edilməsi ilə əlaqədar keçirilib.
Partiya rəsmiləri və hərbi liderlərin əhatəsində olan Şimali Koreya lideri Kim Yonq Un Çinin vitse-prezidenti Li Yuançao ilə bərabər müşahidə tribunasında dayanaraq paradı qəbul edib.
Pxenyanın Kim İl Sunq meydanında hərbi parade silahlı qüvvələrin minlərlə əsgər, hərbi texnika və tanklar cəlb edilib. Meydan üzərində vertolyotlar və hərbi təyyarələr uçub keçib.
Cənubi Koreyada müharibənin başa çatması münasibətilə təşkil edilmiş sərgidə prezidenti Park Geun Hu nitq söyləyib.
Koreya müharibəsi barışıqla başa çatdığı və sülh müqaviləsi heç vaxt imzalanmadığı üçün formal olaraq iki Koreya hələ də müharibə vəziyyətində hesab edilir.