Şərqi Ukraynada davam edən döyüşlərdən sonra, Ukrayna ordusunun orada olması və dinc əhalinin yaşadığı məhəllələrin bombalanması daha çox insanın separatçı döyüşcülərə qoşulmağına səbəb olur. Kiyev höküməti, ABŞ və NATO İttifaqı üsyançı qrupların arasında rus döyüşçüləri və silahlarının olduğunu göstərsədə üsyançılara qoşulan yeni üzvlərin çoxusu Ukrayna əhalisidir.
Şərqi Ukraynadakı separatçıların yeni üzvləri var. Don Kazakları batalyonuna qoşulan bu üzvlər silah təlimi üçün Donetskyə yola düşürlər.
Onlar düşünür ki, biz terroristik və rusiyapərəst vətəndaşlarıq. Amma mən elə düşünmürəm. Biz qanımızda rus olaraq dünyaya gəlmişik və öz torpaqlarımızda yaşayırıq
Onların hədəfləri, baş nazir Arseniy Yatsenyuk və sabiq baş nazir Yuliya Timoşenko daxil olmaqla, qərbə yaxın olan Ukrayna siyasətçiləridir.
Ukrayna hökümətinin ölkənin şərqini geri almaq məqsədilə anti-terrorizm əməliyyatını başlatmasından artıq bir neçə ay keçib.
Amma bu insanlar bu hücumu Rusiya ilə ənənəvi münasibətləri kəsdiklərindən şübhələndikləri yeni hökümət tərəfindən silahlı işğal kimi görürlər.
Onların komandiri Saşa müharibədən öncə Şərqi Ukraynada iqtisadçı və sahibkar idi. O Kiyevə səyahət edirdi və orada dostları var idi. Ancaq o deyir ki, indi heç kəs onun nə üçün savaşdığını anlamır.
“Onlar düşünür ki, biz terroristik və rusiyapərəst vətəndaşlarıq. Amma mən elə düşünmürəm. Biz qanımızda rus olaraq dünyaya gəlmişik və öz torpaqlarımızda yaşayırıq. Bizim, bir qayda olaraq, Qərbi Ukraynadakı dostlarımızın 90 faizi ilə əlaqəmiz yoxdur və bizim aramızda böyük anlaşılmazlıq var”.
Hər iki tərəfin tikililərin olduğu yerlərdə artileriya və raketlərdən istifadə etməsi dinc əhalinin ölümünə və əmlakların dağıdılmasına səbəb olub. İnsanları üsyandan çəkindirməkdənsə, bu kişilər üsyanın onları bu məqsədə qoşulmağa vadar etdiyini deyir.
O kəndi bomba hücumlarına məruz qalmazdan öncə Spayker mədənçisi idi.
“Mənim bir çox qonşum həlak oldu, bir yerdə işlədiyim dostlarımın çoxu öldü. Küçəmdə yerləşən bir çox ev və kilsə məhv edildi. Uşaqların oyun meydançaları və məktəblər də dağıdıldı”.
Kişilər deyir ki, onlar daha çox könüllülərin şərqə gəlib hökümətə işləməklərindən narahatdırlar ki, onların çoxu ultra-sağ siyasi hərəkata mənsubdur.
Silah təlimləri qumbara atmaq və kömür mədənlərindəki köhnə avadanlıqlardan istifadə edərək partlayıcı maddələrin nümayişi ilə bitir.
Fevral ayında atəşkəsin imzalanmasına baxmayaraq, bu kişilər döyüşlərin yenidən başlayacağına inandıqlarını deyirlər. Və onlar deyir ki, savaş nə qədər uzun davam etsə, bu region o qədər qütbləşəcək.