Accessibility links

Mariya Şarapova tennisdən uzaqlaşdırılıb


Rusiyalı tennis ulduzu Mariya Şarapova yanvar ayında Avstraliya Açıq oyunları zamanı dopinq testindən keçmədiyi üçün iki il müddətində tennisdən uzaqlaşdırılıb.

Uzun müddtəli uzaqlaşdırılma qərarı çərşənəbə günü Beynəlxalq Tennis Federasiyasının təyin etdiyi üç-üzvlük məhkəmə tərəfindən qəbul edilib.

Hələ mart ayında Şarapova sağlamlıq səbəbiylə 10 il boyunca meldonium maddəsini qəbul etdiyini etiraf edib. Bu dərman isə hələ bu ilin əvvəlində Ümumdünya Anti-Dopinq Agentliyinin qadağan etdiyi maddələr siyahısına daxil edilib. Şarapova isə dərmanı qəbul etmədən öncə yenilənmiş siyahının olduğunu email-i oxumadığını deyib.

O, bu “ədalətsiz sərt cəza” qərarı ilə bağlı etiraz edəcəyini Beynəlxalq İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edəcəyini deyib. Amma apellyasiya prosesi zamanı onun oynamasına icazə verilməyəcək.

Şarapovanın cəza müddəti qısaldılsa belə, 29 yaşlı beş qat Grand Slam çempionunun Rusiyanı avqust ayında Rioda keçiriləcək Olimpiya Oyunlarında təmsil edə bilməyəcəyi gözlənilir.

Meldonium Latviyada istehsal olunur və şəkər diabeti, ürək xəstəlikləri və aşağı maqneziumu müalicə etmək üçün istfadə edilir. Maddənin istifadəsinə ABŞ və ya Avropa İttifaqında icazə verilməsə də, Rusiya və sabiq Sovet İttifaqı ölkələrində istifadə olunur. Yanvar ayından bəri meldonium testindən 200-ə yaxın idmançı keçməyib.

XS
SM
MD
LG