Accessibility links

Amerikada həmcins nikaha dəstək artır [Video]


Amerikada həmcins nikaha ictimai dəstək artır
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Homoseksuallar arasında nikahı dəstəkləyənlərin sayı artır

Amerikada həmcins nikaha ictimai dəstək artır
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Birləşmiş Ştatların Ali Məhkəməsi yalnız qadınlarla kişilər arasında nikaha icazə verən qanunu nəzərdən keçirir. Bəzi ştatlarda artıq həmcins insanların evlənməsinə dair qanun qüvvəyə minsə də, geylərin hüquqlarını müdafiə qrupları eyni qanunun digər ştatlarda da qəbul edilməsinə çağırırlar.

Corc Ramirez və onun partnyoru German Roa artıq 16 ildir bir yerdə yaşayırlar. İndi onlar Merilend ştatında həmcinslərin nikahına icazə barədə qanun qəbul edildikdən sonra evlənə bilər. “Biz bu evlilik məsələsinin hər variantının nəzərdən keçirilməsini və bunun bütün insanlara bərabər şamil olunmasını istəyirik.” deyə, Ramiraz bildirir.

Keçən ilin noyabr ayında ABŞ-ın 4 ştatında vəkillər homoseksualların evlənmələrinə icazə verən qanunun qəbul edilməsinə nail oldular. İndi başqa ştatlarda da homoseksualların evlənməsi ilə bağlı qanunun qəbul edilməsinə çalışılır.

Homoseksualların haqlarını qoruyan qruplar Minnesota ştatı seçicilərinin yalnız kişi ilə qadının evlənə bilməsi barədə qanunu rədd etməsini dəstəkləyir. Minnesota ştatı homoseksualların evlənməsinə dair qanunun nəzərdən keçirildiyi 30 ştatdan birincisidir ki, burada həmcins insanların evlənməsinə icazə verilib.

Hal-hazırda eyni cinsli insanların evlənməsinin qanuniləşməsini çoxları dəstəkləyir. Qari Şiff Mineapolisdə vəkildir. “Həmcins nikah tərəfdarları Kapitoliyə müraciət edərək, homoseksualların evlənməsi ilə bağlı müzakirələrin əsas məsələ kimi gündəliyə salınmasını istəyəcəklər.”

Keçən aya qədər amerikalılar heç vaxt həmcinslərin evlənməsi barədə qanunun ümummilli səsvermə yolu ilə təsdiqlənməsinə razı olmamışdılar.

Merilend ştatındakı Ailə Alyansının prezidenti Derek Makkoy homoseksualların evlənməsinə qarşı çıxır. O, qanunvericilərin evlilik barədə yeni bir qanun layihəsi hazırlayacaqlarına inandığını deyir. “Biz öz ştatımızda nikahın tərifinə aydınlıqlar gətirməyə çalışırıq. Biz həmcins nikahla bağlı erkən yaşlardan uşaqlara bağçalarda, məktəblərdə öyrətməliyik onlar yaşa dolduqca buna normal münasibət bəsləsinlər.”

Lakin homoseksualları müdafiə qrupları eynicinslilər arasında yalnız evlilik məsələsi deyil, onların haqlarının qorunması, məsələn, homoseksualların hüququi müstəvidə qələbələrini reklam etməklə, onların bərabər hüquqa malik olduqlarının nümayiş etdirilməsini tələb edirlər.

Brayan Molton qruplardan birinə başçılıq edir. “Bizim üçün nigah basilica məsələ deyil. Əsas məsələlər də var ki, buraya işsizlik və ev məsələləri daxildir. Hal-hazırda 29 ştatda cinsi oreantiasiyaya görə işdən azad edilmə problemləri var.”

Vaşinqtondakı Brukinqs institutundan ekspert Villiam Qalston: “Mən intensiv hisslər doğuran sosial məsələdə belə qəfil dəyişikliyi naidr halda görmüşəm. Aydındır ki, bu məsələ hansı istiqamətdə təkamül edir. Güman edirəm ki, bu dəyişiklik özünü əvvəlcə ştat, sonra isə federal müstəvidə büruzə verəcək."

Homoseksualların müdafiəçiləri isə həmcinslərin nikahları ilə bağlı kampaniyaların onların diskriminasiyasına son qoyacağına ümid etdiklərini deyirlər.
XS
SM
MD
LG