Keysi Aflek qardaşı Ben Afflekin cəsarət nümayiş etdirərək reabilitasiya mərkəzinə qayıtmaq qərarını alqışlayıb.
“Old Man & The Gun” filminin ulduzu deyib ki, onun böyük qardaşının vəziyyəti yaxşılaşmağa doğru gedir və o, qardaşının müalicə olunacağını səbirsizliklə gözləyir.
Keysi E! News-a “O, spirtli içki alüdəçisidi və indi reabilitasiya mərkəzindədir. Mən onun reabilitasiyaya dönməsini cəsarətli addım hesab edirəm” deyə bildirib.
“Ben işinin öhdəsindən gələ bilir və onun vəziyyəti yaxşılaşır. Mən onun reabilitasiya mərkəzindən çıxmasını və ayağa qalxmasını səbirsizliklə gözləyirəm” deyə, Keysi əlavə edib.
43 yaşlı aktyor qardaşının müalicəsinin yaxşı keçdiyini bildirib.
O, Entertainment Tonight-a “Ben reabilitasiya mərkəzindədir və vəziyyəti düzəlir, o özünü yaxşı hiss etməyə başlayıb” deyib.
Ben keçmiş həyat yoldaşı Cennifer Qarner məsələyə müdaxilə etdikdən sonra reabilitasiya mərkəzinə gedib.
Cennifer Benin üçüncü dəfə müalicəyə başlamağa razılıq verməsinə yaxşı mənada təəccüblənib.