Accessibility links

Səudiyyə Ərəbistanı Sənada Hutilərin mövqelərinə havadan zərbələr endirir


Səudiyyə Ərəbistanının başçlığı ilə koalisiya Yəmən paytaxtında Hutilərin mövqelərinə qarşı havadan yeni hücumlar keçirir. Bu, Riyadın başçılığı ilə koalisiya qüvvələrinə qarşı ölümlə nəticələnmiş üsyançı hücumundan sonra baş verir.

Döyüş təyyarələi Hutilərin cümə günü Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Yəmənin ölkənin şərqində neftlə zəngin Marib vilayətində sürgündə olan prezident Əbd Rabbu Mənsur Hadini dəstəkləyən quru qüvvələrinin 60 əsgərini qətlə yetirməsindən sonra bu gün Sənada Hutilərin hərbi mövqeləri və Yəmən ordusunun hərbi bazalarını bombalayıb.

Birləşmiş Ərəb Əmirlikləri də əsgər ölümlərinə cavab veriləcəyi ilə hədələyib.
Əmirliklərin mediasının verdiyi məlumata əsasən, Əbu Dabi şahzadəsi Şeyx Məhəmməd bin Zayed deyib: "Qisas almağımızı çox gözləməli olmaycaqlar. Yəmənin çirkabdan təmizlənməsi üçün təzyiqləri davam etdirəcəyik."

Yəmən mətbuatı Səudiyyə Ərəbistanının başçılığı ilə hava hücumları zamanı onlarla mülki vətəndaşın öldüyü haqda məlumat verib.

Keçən ilin sentyabr ayında Hutilərin paytaxtda irəliləyişə nail olmasından sonr bir sıra qruplr Yəmənə nəzarət uğrunda mübarizə aparır.

Səudiyyə Ərəbistanının mart ayında ölkəni humanitar böhrana sürükləyən hava hücumlarına başlamasından sonra baş verən toqquşmalar minlərlə döyüşçü və mülkli vətəndaşın ölümülə nəticələnib.

XS
SM
MD
LG