Accessibility links

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısı kimi rolunu saxlamaq niyyətindədir


Səudiyyə Ərəbistanı bildirib ki, qlobal səviyyədə neft qiymətlərinin düşdüyü şəraitdə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməsinə baxmayaraq, ölkə dünyanın ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcək.

Yeni enerji naziri Xalid Əl-Falih deyib ki, Səudiyyə Ərəbistanı neft sahəsində sabit siyasətini davam etdirəcək və beynəlxaq enerji bazarlarında ən böyük neft ixracatçısı kimi rolunu saxlamağa davam edəcək.

Səudiyyə Ərəbistanının yeni yaradılmış Energetika, Sənaye və Təbii Ehtiyatlar naziri Xalid Əl-Falih
Səudiyyə Ərəbistanının yeni yaradılmış Energetika, Sənaye və Təbii Ehtiyatlar naziri Xalid Əl-Falih

O bildirib ki, Səudiyyə Ərəbistanı "hidrokarbon ehtiyatlara hazırkı və əlavə tələbatı özünün maksimum dərəcədə sabit potensialı" ilə təmin etmək işinə sadiq qalır.

İqtisadi islahatlar

Səudiyyə Ərəbistanı hökumətinin şənbə günü kabinetdə keçirdiyi dəyişikliklər nəticəsində dövlətə məxsus Saudi Aramco şirkətinin icraçı direktoru krallığın neftdən asılı sənayesində dəyişikliklər məqsədilə yeni yaradılmış Energetika, Sənaye və Təbii Ehtiyatlar naziri təyin edilib. O, 1995-ci ildən neft naziri vəzifəsini tutmuş Əli Əl-Nəimini əvəz edəcək.

Səudiyyə Ərəbistanının keçmiş neft naziri Əli Əl-Nəimi
Səudiyyə Ərəbistanının keçmiş neft naziri Əli Əl-Nəimi

Neft istehsal edən ölkələrin OPEK şirkəti Səudiyyə Ərəbistanının gündə 7 milyon barel neft istehsal etdiyini və dünyanın neft ehtiyatlarının 18 faizinə malik olduğunu bildirib.

Lakin Səudiyyə Ərəbistanı iqtisadiyyatının yarısını və ölkənin ixracatdan əldə edilən vəsaitinin 85 faizini təşkil edən neft və qazdan gələn gəlirlər dünya bazarında izafi neft ehtiyatlarına görə neftin qiymətinin düşməsi nəticəsində azalmağa başlayıb.

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların frekinq texnologiyasından istifadə edərək əvvəllər hasilatın mümkün olmadığı yataqlarda ehtiyac olan neftin yarısından çoxunu istehsal etməsinə baxmayaraq, istehsalı azaltmaqdan imtina edib dünya bazarında izafi neftin olmasına görə məsuliyyət daşıyır.

2014-cü ilin ortalarından neft gəlirlərinin azaldığı şəraitdə Səudiyyə Ərəbistanının keçən il büdcə defisiti 100 milyard dollar təşkil edib. 2016-cı ildə büdcədə əlavə 87 milyard dolların çatışmayacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG