Accessibility links

Səudiyyə Ərəbistanı Husi üsyançılarının təchizat marşrutunu kəsib


Yəməndə Husi üsyançılarına qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ən önəmli təchizat marşrutlarından birini kəsib.

Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi WAM bildirir ki, çərşənbə baş verən döyüşdə Yəmənin üçüncü ən böyük şəhəri Taizin şimal-şərqində onlarla üsyançı ölüb.

Səudiyyə Ərəbistanı koalisiyası onlara qarşı onlarla ballistik raket atan Husilərin nəzarətindəki ərazini balacalaşdırdığını elan edib.

“Koalisiya qüvvələri hərbi əməliyyatları davam etdirəcək və Yəmən ərazilərdə əldə olunan irəliləyişlər nəticəsində və ölkənin bəzi hissələrinin azad edilməsi ilə Husi silahlı qruplarının nəzarət etdiyi ərazilər azalır. Onlar arasında çox sayda qarşıdurmalar və münaqişələr yaşanır. Koalisiya Yəmən xalqının çəkdiyi zülmləri aradan qaldırmaq məqsədilə humanitar yardım əməliyyatlarını davam etdirir,” deyə koalisiyanın sözçüsü polkovnik Turki Bin Saleh Al-Maliki bildirir.

Husi üsyançıları 2014-cü ildə Yəmənin paytaxtı Sənanı ələ keçirərək, ölkənin beynəlxalq ictimaiyyətə tərəfindən tanınan prezidenti Əbd-Rəbbu Mansur Hadininin müvəqqəti olaraq Səudiyyə Ərəbistanına qaçmasına səbəb olub.

Səudiyyənin başçılıq etdiyi koalisiya cavab tədbiri olaraq 2015-ci ilin mart ayında Hadi höküməti adından Husilərə qarşı hava hücumları həyata keçirib.

Bu münaqişə regional rəqiblər, höküməti dəstəkləyən Səduiyyə Ərəbistanı və Husi üsyançılarını dəstəkləyən İran arasında güc savaşı olaraq qiymətləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG