Accessibility links

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti [Audio]


Səttar Sevigin Sayınqala
Səttar Sevigin Sayınqala
Bir qrup güneyli fəal martın 15-də Danimarkanın Kopenhagen şəhərində bir araya gələrək Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin qurulduğunu elan ediblər. Qrupun yaydığı bəyanatda 9 nəfərin adı Müvəqqəti Mühacir Parlamentinin məsul heyətinin üzvləri olaraq açıqlanıb. Həmin heyətin üzvlərindən biri İsveçdə yaşayan güneyli fəal Səttar Sevigin Sayınqala Amerikanın Səsi ilə söhbətdə qurumun mahiyyəti və necə təsis edildiyi xüsusunda məlumat verərək irəli sürülən bəzi tənqidlərlə bağlı öz fikirlərini paylaşıb.
Səttar Sevigin Sayınqala Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:18:42 0:00
Direct link

Sevigin Sayınqala Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin hansı zərurətlər və ehtiyaclar əsasında yarandığı, habelə qurumun fəaliyyətləri və izlədiyi hədəflər haqda danışıb. Onun sözlərinə görə, bəyanatda Parlamentin qurulduğu elan edilsə də, qurumun adında “müvəqqəti” sözünün gətirilməsi səbəbi ilə, onu bir təşəbbüs qrupu olaraq da görmək mümkündür.
Bəyanatda Parlamentin qurulduğu elan edilsə də, qurumun adında “müvəqqəti” sözünün gətirilməsi səbəbi ilə, onu bir təşəbbüs qrupu olaraq da görmək mümkündür.
Səttar Sevigin Sayınqala
Kopenhagen toplantısında alınan qərar və Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin qurulması ilə bağlı yayılmış bəyanat toplantıda iştirak etməyən bəzi qrupların tənqidləri ilə qarşılaşıb. İrəli sürülən tənqidlərdə toplantıya qatılanlar arasında bir çox qrup və güneyli siyasi cərəyanın təmsil edilmədiyinə diqqət çəkilib.
İrəli sürülən tənqidlərin bir çoxunu qəbul edən Məsul Heyətin üzvü problemlərin həlli istiqamətində çalışacaqlarını qeyd edib.

“Bəzi fəallar yaxud təşkilat təmsilçiləri qələmdən düşüb, bəziləri də muxtəlif səbəblərə görə gəlməyib ya gəlmək istəməyiblər... Mövcüd problemlərin həlli üçün çalışacayıq... Müvəqqəti sözü də problemlərin həll edilməsindən sonra qaldırıla bilər,” deyə Səttar Sevigin qeyd edib.

Güneyli siyasi fəal həmçinin iştirakçılar arasında qadın fəallar və gənclərin mövcüd olmadığı ilə bağlı tənqidlər barədə fikirlərini Amerikanın Səsi ilə paylaşıb:
Bizdə bir mənfi adət var ki, qadın fəallar müstəqil olaraq toplantılara çağırılmır, sadəcə kişi fəallara telefon edəndə onların həyat yoldaşı ilə birlikdə gəlməsi istənilir. Bu doğru deyil, qadınlar müstəqil iştirakçı kimi dəvət edilməlidirlər.
Səttar Sevigin Sayınqala
“Mən özüm də bu problemi gündəmə gətirdim... Bunun həll edilməsinə ümid edirəm. Təəsüflə bizdə bir mənfi adət var ki, qadın fəallar müstəqil olaraq toplantılara çağırılmır, sadəcə kişi fəallara telefon edəndə onların həyat yoldaşı ilə birlikdə gəlməsi istənilir. Bu doğru deyil, qadınlar müstəqil iştirakçı kimi dəvət edilməlidirlər.”

Əslən Qərbi Azərbaycan vilayətinin Sayınqala şəhərindən olan fəalın sözlərinə görə, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin əsas hədəflərindən biri zamanı gəldiyində İranda yaşayan Azərbaycan türklərinin beynəlxalq ictimaiyyətdə təmsil olunmasını təmin etməkdir.
XS
SM
MD
LG