Accessibility links

Şərqi Ukraynada qarşıdurma zamanı azı 12 nəfər həlak olub


Ötən gün Ukraynanın şərqində milli qoşunlar və ruspərəst separatçılar arasında döyüş zamanı azı 12 nəfər həlak olub.

Yerli rəsmilər bildirib ki, bu gün baş verən qarşıdurmada ölənlərin azı 7-si mülki vətəndaş olub.

Ən son qarşıdurma Debaltsev şəhərində baş verib. Debaltsev separatçıların nəzarət etdiyi Luqansk və Donetsk regional mərkəzlərini birləşdirən dəmiryolu qovşağıdır.

Donetsk şəhərində də atışma baş verib, nəticədə 23 nəfər xəsarət alıb.

Dünən Avropa İttifaqının xarici işlər nazirləri Rusiya və separatçılara qarşı sanksiyaları daha altı ay uzatmağa razılıq verib.

Brüsseldə görüş zamanı nazirlər hesabların dondurulması və səyahət qadağası siyahısına əlavə olunacaq adları açıqlayıblar.

Bundan öncə Ukrayna prezidenti Petro Poroşenko Avropa İttifqının üsyançılarla sentyabr ayında Minskdə imzalanan atəşkəsə uyğun olaraq təcili atəşkəs əldə edilməsi və cəbhə xəttindən ağır silahların çıxarılması üçün danışıqlar aparmağa çağırıb.

Hər iki tərəf atəşkəsi dəfələrlə pozub.

XS
SM
MD
LG