Suriya üsyançıları və ailə üzvləri Suriyanın müttəfiqi Rusiya ilə əldə olunan razılaşma əsasında çərşənbə günü şərqi Quta bölgəsinin bir hissəsini tərk etməyi planlaşdırır.
Üsyançıların Harasta şəhərindən müxalif qüvvələrin əlində olan İdlib şəhərinə daşınması üçün avtobuslar hazır vəziyyətə gətirilir.
Razılaşma Suriya münaqişəsi zamanı hökümətin təzyiqi nəticəsində üsyançıların müxalif qüvvələrin əlində olan başqa ərazilərə keçməyi qəbul edtiyi digər müqavilələrə bənzəyir.
Cümə axşamı əldə olunan razılaşma Suriya höküməti ilə məhbus mübadiləsini də əhatə edir.
Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrinin bölgəni nəzarətə götürmək üçün bir ay əvvəl başlatdığı əməliyyatlar nəticəsində 1500 nəfər həyatını itirib.