Accessibility links

Şərqi Azərbaycan valisi türk dilinin tədrisi haqda danışıb


Əhməd Əlirza
Əhməd Əlirza
İLNA xəbər agentliyinin məlumatına istinadən, Şərqi Azərbaycan vilayətinin valisi ana dilinin məktəblərdə sinifdənkənar proqramlar çərçivəsində tədrisini yaxşı qarşıladığını bildirib. Azərbaycan veb səhifələri isə valinin Türk dilində təhsil barədə səmimi olmadığını iddia edir.

“Bu mövzu sinifdənkənar bir proqram, yaxud Təhsil Nazirliyinin digər proqramları daxilində nəzərə alına bilər, çünki bizim uşaqlar Azəri mədəniyyətindən xəbərsizdirlər,” deyə Əhməd Əlirza Beygi Təhsil Nazirliyi Şurasının Təbrizdə təşkil etdiyi birinci toplantısında söyləyib.

Bəzi İran Azərbaycanlı fəallar və veb səhifələri valinin Türk dilində təhsil haqqı ilə bağlı səmimi olmadığını deyirlər.

“Şərqi Azərbaycan valisi türk dilini Azərbaycan dili adlandırıb. Halbuki, Güney Azərbaycanda bu termin hər kəs üçün yad bir ifadədir. İkinci isə o, türk dilinin tədrisini proqramdan kənar bir şəkildə tələb edib,” deyə qeyd edən Günaz TV veb səhifəsi valinin çıxışının ürəkaçan olmadığını vurğulayıb.

Valinin söhbətlərini müsbət qiymətləndirən milli fəallar da var. Bu fəalların fikrincə məsulların ana dilində təhsil haqqı ilə bağlı sırf vəd vermələri belə yaxşı bir haldır və bu mövzunun daha geniş bir şəkildə gündəmə çıxmasına kömək edər.
XS
SM
MD
LG