İran dövlət məsullarının Şərqi Azərbaycan vilayətində işsizlik səviyyəsinin düşdüyünə dair açıqladıqları statistika tənqidlərlə qarşılaşıb. Təbriz Universitetinin iqtisadiyyat professoru durumun iş fürsətlərinin çoxalması ilə deyil, işsizlərin başqa vilayətlərə mühacirət etdiyindən ibarət olduğunu ifadə edir.
Şərqi Azərbaycan vilayəti Əmək və Sosial Müdafiə İdarəsinin sədri Mir-Əhəd Hüseyni vilayət məsullarının səyləri nəticəsinə işsizliyin ən aşağı səviyyəyə düşdüyünə bildirib.
Amma İSNA agentliyinin məlumatına görə, Hüseyninin açıqladığı rəqəmləri ekspertlər fərqli bir şəkildə şərh edir.
Mövzu ilə bağlı fikir bildirən ekspertlərdən biri Təbriz Universitetinin iqtisadiyyat professoru Məhəmməd Bağır Beheşti Şərqi Azərbaycan vilayətinin “mühacir göndərən” bir vilayət olduğuna diqqət çəkir.
Beheştinin dediklərinə görə, “Şərqi Azərbaycan mühacir göndərən bir vilayətdir. İşsizlik səviyyəsində düşmə görünməsinin səbəbi vətəndaşların iş tapmaq üçün başqa şəhərlərə mühacirət etməsidir.”
İqtisadiyyatçı professor işsizliyə qarşı mübarizənin ən önəmli yollarından birinin ixracatın artırılması olduğunu önə çəkib. “Bunun üçün dövlət xarici dünya ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərməlidir,” deyə o qeyd edib.