Accessibility links

Bakıda “Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək


Avropa İttifaqı
Avropa İttifaqı

Sentyabrın 9-da Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşün əsas məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbər şəxsləri, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak edəcək.

XS
SM
MD
LG