Accessibility links

Serj Sarkisyan: Dağlıq Qarabağda müharibə hər an alovlana bilər


Serj Serkisyan
Serj Serkisyan

“Qafqazın qaynar nöqtəsi olan Dağlıq Qarabağda müharibə “hər an” yenidən başlaya bilər və münaqişəni danışıqlar yolu ilə həll etməyin çox az perspektivi var”. Bu sözləri ötən həftə Bloomberg-ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.

Ermənistan prezidenti deyib ki, bu ay yüzlərlə tankın və 30 mindən çox artilleriyanın cəlb olunduğu 4 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılığı daha genişmiqyaslı döyüşlərin qarşısını almağa kifayət etməyə bilər.

Hazırda vəziyyət tamamilə fərqli olduğuna görə, təhlükəsizlik təminatı olmadan Ermənistanın Azərbaycanla sülh danışıqlarını bərpa etməsinin heç bir mənası yoxdur.
Serj Sarkisyan

Onun sözlərinə görə, hazırda vəziyyət tamamilə fərqli olduğuna görə, təhlükəsizlik təminatı olmadan Ermənistanın Azərbaycanla sülh danışıqlarını bərpa etməsinin heç bir mənası yoxdur.

Ötən həftənin cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən də bəhs edən Ermənistan prezidenti deyib ki, Lavrov heç bir yeni təkliflə gəlməmişdi: “Çünki o dərk edir ki, 4 günlük müharibədən dərhal sonra sülh danışıqlar barədə müzakirə aparmaq heç bir məntiqə sığmır”. Lavrov aprelin 6-da Bakıda prezident İlham Əliyevlə görüşündə Rusiyanın münaqişənin həlli üçün təkliflərinin olduğunu bildirmişdi.

Ermənilərin artilleriya qurğuları Dağlıq Qarabağ cəbhəsində. 5 aprel, 2016.
Ermənilərin artilleriya qurğuları Dağlıq Qarabağ cəbhəsində. 5 aprel, 2016.

Bir zamanlar Dağlıq Qarabağda sabiq hərbi komandir olmuş 61 yaşlı Serj Sarkisyan Bloombergə müsahibəsində ilk dəfə ictimai şəkildə Ermənistanın bəzi mövqelərdən geri çəkildiyini rəsmən etiraf edib. “Azərbaycanlılar təmas xəttinin şimal və cənub hissələrində çox kiçik ərazini götürüblər ki, bu yerlərin Ermənistan qüvvələri üçün strateji əhəmiyyəti yoxdur,” deyə Serj Sarkisyan bildirib. Onun sözlərinə görə, ermənilər əlavə itkilərə yol verməmək üçün bu əraziləri qaytarmaqdan vaz keçiblər.

Azərbaycanlılar təmas xəttinin şimal və cənub hissələrində çox kiçik bir ərazini tutublar ki, bu yerlərin Ermənistan qüvvələri üçün strateji əhəmiyyəti yoxdur.
Serj Sarkisyan

Rus sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi fikirlərinə də münasibət bildirən Sarkisyan deyib ki, əgər ortada heç bir danışıq yoxdursa, Rusiya qoşunları Qarabağda və ya Azərbaycan və Qarabağ qüvvələri arasındakı peyda ola bilər.

Ermənistan prezidenti Serj Sarkisyan müsahibədə habelə son hadisələrin baş verməsinin çoxdan gözlənilməli olduğunu bildirib.

XS
SM
MD
LG