Accessibility links

Sərhədsiz Reportyorlar: Jurnalistin həbsi siyasi məsələdir


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilastı jurnalist Xədicə İsmayılovanın 7,5 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını “rüsvayçı” adlandrıb və beynəlxalq birliyi onun azadlığa buraxılmasına nail olmağa çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, X.İsmayılova bundan sonra qadın koloniyasına köçürüləcək və onun işinə Ali Məhkəmədə baxılacaq.

“Ssenarı prezident İlham Əliyev tərəfindən yazılıb və bu tragikomediya Azərbaycan məhkəmələrində oynanılır”, bəyanatda vurğulanır.

“Bu, əvvəldən siyasi məsələdir. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını Xədicə İsmayılovanın azadlığa buraxılmasını ən yüksək səviyyədə tələb etməyə çağırırıq. Azərbaycanda hamı bilir ki, o, jurnalist və hüquq-müdafiə fəaliyyətinə görə həbs edilib”, sənəddə qeyd olunur.

XS
SM
MD
LG