Accessibility links

Dövlət Sərhəd Xidməti Xəzərdə taktiki təlimlər keçirib


Sərhəd Xidmətinin gəmiləri
Sərhəd Xidmətinin gəmiləri

Azərbaycan Dövlət Sər­həd Xidmətinin silahlı birləşmələrinin Xəzər dənizində birgə taktiki döyüş təlimi avqustun 18-də başa çatıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, təlim Xəzər dənizinin Azərbaycana mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyıb.

“Taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəs­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdiril­məsi olub”, məlumatda qeuy edilir.

Mətbuat Mərkəzi bildirir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar icra edilib.

XS
SM
MD
LG