Martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri (Bakıdan 313 kilometr cənub) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan ərazisinə keçən Suriya vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, sərhəd pozucusu Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğludur.
Sərhəd Xidməti bildirir ki, sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, Azərbaycanın, Rusiyanın və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.