Accessibility links

İran Azərbaycanla sərhəd-keçib məntəqəsini bağlayıb


Azərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları

İran tərəfdən Araz çayının Azərbaycan tərəfində işləyən traktora atəş açılıb

Noyabrın 8-dən İran tərəfi Azərbaycanla bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Bunun səbəbləri məlum deyil.

Yerli medianın məlumatına görə, noyabrın 6-da İranla Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhədində insident baş verib.

İran tərəfdən Araz çayının Azərbaycan tərəfində işləyən traktora atəş açılıb. Azərbaycan tərəfi atəşin səbəbləri ilə bağlı sorğu göndərib. Bundan sonra nəzarət-buraxılış məntəqəsi bağlanıb. İndiyədək sorğuya cavab verilməyib.

Hazırda çoxlu sayda Azərbaycan vətəndaşı sərhəddə nəzarət-buraxılış məntəqələrində İrana getmək üçün növbə gözləyir.

Azərbaycan tərəfi sərhədin nə zaman açılacağı barədə sualı hələ ki cavablandıra bilmir. Rəsmi Bakı sərhəddin bağlanmasının səbələrini də şərh etmir.

Gömrük nümayəndəsi qeyri-rəsmi söhbət zamanı etiraf edib ki, İran səbəbləri açıqlamadan sərhəddi birtərəfli qaydada bağlayıb.

Öz növbəsində İranın Bakıdakı səfirliyi sərhəddin bağlanması xəbərini təsdiq edib.

İran tərəfi buna səbəb kimi Azərbaycan tərəfdən “Şahtaxtı” (Naxçıvan) nəzarət-buraxılış məntəqəsinin bağlandığını göstərib.

Qeyd edək ki, iki ölkə sərhədində 5 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir – ikisi Naxçıvanda, üçü Azərbaycanın cənubundadır.

Hər gün hər iki tərəfdən bir neçə min adam bu keçidlərdən istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG