Accessibility links

Bakıda beynəlxalq müdafiə sənayesi sərgisində 200 şirkət iştirak edir


 Bakıda ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində 34 ölkədən 200 şirkət iştirak edir
Bakıda ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində 34 ölkədən 200 şirkət iştirak edir

Sərgiyə həmçinin ABŞ, Fransa, Xorvatiya, İspaniya və digər Avropa ölkələrinin məhsulları çıxarılıb

Sentyabrın 11-də açılacaq ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət iştirak edəcək. Belə sərgi Azərbaycanda və regionda ilk dəfədir keçirilir. Sərgi Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin təşəbbüsü ilə Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətləri ilə tərəfdaşlıq şəraitində keçirilir.

Turan Agentiyinin məlumatına görə hərbi sərginin keçirilməsi ideyası son illər müdafiə sənayesində əldə olunan uğurlarla bağlıdır.

"Hazırda Azərbaycan 900 adda müxtəlif məhsul istehsal edir. Bura müxtəlif texnika və silahlar, hərbi sursatın bütün növləri daxildir”, - müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev çərşənbə axşamı mətbuat konfransında bildirib.

Postsovet məkanında Azərbaycan Rusiya, Belarus və Qazaxıstandan sonra belə sərginin keçirildiyi dördüncü ölkədir.

Azərbaycan bu cür 15 sərgidə iştirak edib. Hazırda 168 adda məhsulu təqdim edir. Bura müxtəlif aviabombalar, zirehli texnika, zirehli maşınlarda və xüsusi avtomobillərdə quraşdırılan toplar, hərbi sursatlar, atıcı silahlar daxildir.

CEO şirkətinin direktoru Edvard Stroon qeyd edib ki, sərgi üç gün ərzində Bakı Sərgi Mərkəzinin üç pavilyonunu əhatə edəcək.

Sərginin meneceri Ülkər Həsənova bildirib ki, tədbirdə 34 ölkədən 200 şirkət, o cümlədən 22 nümayəndə heyəti iştirak edir.

Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail, Ukraynadan milli qruplar öz məhsullarını nümayiş etdirəcəklər.

Sərgidə Azərbaycan, Türkiyə (37 şirkət), Polşa və İsrail (hər biri 16 şirkət), Belarus (10 şirkət) geniş təmsil olunur.

Sərgiyə həmçinin ABŞ, Fransa, Xorvatiya, İspaniya və digər Avropa ölkələrinin məhsulları çıxarılıb.

Sənaye müəssisələrinin yeni nailiyyətlərinin nümayişi altı tematik istiqamətdə olacaq: quru qoşunları və hərbi dəniz qüvvələrinin silah və texnikası; aviasiya və aviasiya silahları, Hərbi Hava Müdafiə sistemi və vasitələri; xüsusi təyinatlı vasitə və əmlak; informasiya texnologiyaları, rabitə sistemi və vasitələri; arxa cəbhənin və qoşunların texniki təminatı; kosmik texnologiyalar.

Sərgiyə Türkiyə və İsrailin müdafiə nazirləri, Belarus, Malayziya müdafiə nazirlərinin müavinləri, bir sıra ölkələrin yüksək səviyyədə nümayəndə heyətləri gələcək.

Sərginin əsas sponsorları Türkiyənin “Roketsan” və Niderlandın “Damen Shipyards Group” şirkətləridir.

Sərgidə həmçinin Rusiyanın “Rosoboroneksport” və “Rosatexnologiya” istehsalçıları da təmsil olunublar.

Sərgi çərçivəsində sentyabrın 12-d Bilgəhdə Jumeirah otelində “Hərbi-döyüş əməliyyatları sahəsində müasir metodlar və təhlükəsilzik problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

XS
SM
MD
LG