Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür


Aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, sonra görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) iştirakı ilə davam etdirilib.

Moskvada Rusiya xarici işlər nazirl və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür
Moskvada Rusiya xarici işlər nazirl və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür

Bundan əvvəl bu il martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada (Avstriya) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşüb. Görüşdə Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan da iştirak edib. Həmin görüşdə prezidentlər xarici işlər nazirlərinə görüşüb danışıqları davam etdirmələri barədə tapşırıq verib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

XS
SM
MD
LG