Accessibility links

Serbiya partlamenti Kosovo ilə ticarət məsələsini dialoq yolu ilə həll etməyə çağırır


Serbiya partlamenti Kosovo ilə ticarət məsələsini dialoq yolu ilə həll etməyə çağırır
Serbiya partlamenti Kosovo ilə ticarət məsələsini dialoq yolu ilə həll etməyə çağırır

Serbiya parlamenti Kosovo ilə keçən həftə insan ölümülə nəticələnmiş zorakılıqlara səbəb olmuş ticarət mübahisəsində güzəşt əldə edilməsi üçün dialoqa çağıran qətnamə qəbul edib. Serbiya qannvericiləri bu gün qətnamə layihəsini səsə qoyaraq, 250 üzvü olan parlamentdə yekdilliklə qəbul ediblər. Zorakılıqlar keçən həftə Kosovo albanlarının xüsusi təyinatlı qüvvələrinin serblərin əksəriyyət təşkil etdiyi bölgədə Serbiyadan idaxal mallarının gətirilməsinin qarşısını almaq üçün iki sərhəd keçidini tutduqdan sonra baş vermişdi. Kosovo serbləri və təhlükəsizlik qüvvələri arasında toqquşma bir alban polis işçisinin ölümü, bir neçə adamın yaralanmasına səbəb olmuşdu. NATO sülhümühafizə qüvvələri hadisəyə müdaxilə edərək, Kosovo hökuməti ilə razılığa əsasən iki sərhəd keçidinin nəzarətini öz üzərinə götürmüşdür. Kosovo hökuməti Serbiyanın Kosovodan idxalı qadağan etməsinə cavab olaraq, Serbiyadan idxala bu ayın əvvəli qadağa qoymuşdu.

XS
SM
MD
LG