Accessibility links

Sepp Blatter istefa verib


Dörd gün öncə Blatter 5-ci dəfə yenidən federasiyanın prezidenti seçilmişdi

Çərşənbə günü FIFA-nın prezidenti Sepp Blatter gözlənilməz bir şəkildə istefa verib.

Dörd gün öncə Blatter 5-ci dəfə yenidən federasiyanın prezidenti seçilmişdi. O, futbol federasiyasını yeni prezident seçilmək üçün fövqəladə iclasının keçirilməsinə çağırıb və ona qədər prezidentlik səlahiyyətlərini yerinə yetirəcəyini deyib.

Yeni prezident seçkilərinin bir neçə aydan sonra keçiriləcəyi gözlənilir. Beynəlxalq qurumun qaydaları ilə tanış şərhçilər səsvermənin bu ilin dekabrı ilə 2016-ci ilin mart ayı arasında baş tuta biləcəyini təxmin edirlər.

79 yaşlı FIFA prezidentinin Sürixdə keçirilən mətbuat konfransı zamanı açıqladığı qərarı çoxları tərəfindən böyük təəccüblə qarşılanıb. Belə ki o, FIFA-nın bir çox yüksək səviyyəli rəsmisinin korrupsiayda ittiham olunmasına baxmayaraq, dəfələrlə özünün günahsız olduğunu bildirib.

Ötən həftə FIFA-nın yüksək səviyyəli rəsmilərinin İsveçrədə görüşü zamanı ABŞ-ın Federal Təhqiqat Bürosu və İsveçrə polisi bir sıra reydlər keçirib. Onlar Dünya kuboku da daxil olmaqla, bir sıra beynəlxalq futbol turnirlərinin keçirilməsini təşkil etmək üçün milyonlarla dollar rüşvət almaqda ittiham olunurlar.

Blatterin Sürixdəki çıxışı televiziyada yayımlansa da, bundan əvvəl onun istefası ilə bağlı heç bir söz deyilməmişdi. İdman şərhçiləri Blatterin istefasını heç gözləmirdi. Onlar hadisələrin inkişafını şok kimi qarşıladıqlarını bildiriblər.

XS
SM
MD
LG