Accessibility links

Emin Milli Vaşinqton tədbirində Azərbaycanda internet azadlığından danışdı


İyunun 25-də Vaşinqtonda Corctaun Universitetinin Kommunikasiya, Mədəniyyət və Texnologiya Programı çərçivəsində senzuranın gələcəyi və ifadə azadlığı mövzusunda qeyri-formal müzakirələr keçirildi. Azərbaycandan bloger Emin Millinin qatıldığı tədbirdə onlayn ifadə azadlığının gələcəyi müzakirə olundu.

Tədbirin moderatoru Amerika Birləşmiş Ştatlarının 1994-1997-ci illərdə Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış, hal-hazırda Corc Meyson Universitetində Terrorizm, Transmilli cinayət və Korrupsiya Mərkəzində (TraCCC) direktor müavini olan Riçard Kazlariç öz nitqi ilə başladı.

Onun ardınca tədbirdə Suriyalılari digital təhlükəsizlik vasitələrilə təmin edən fəal və İT mühəndisi Dlshad Otman çıxış etdi. O, dissidentərin repressiv rejimlər tərəfindən təqib olunmasının qarşısını almaq üçün istifadə olunan anonimləşdirmə texnologiyasından və bunun Suriyada tətbiq olunmasından bəhs etdi.

Daha sonra Hindistandan olan bloger və kiber hüquq mütəxəssisi Praneş Prakaş çıxış edərək, azad internetin və onlayn söz azadlığının dəstəklənməsi yollarından bəhs etdi. Tədbirdə həmçinin Qərbi Afrikanın Burkina-Faso dövlətindən olan nümayəndə, Lefaso.net saytının müxbiri Koundjoro Gabriel Kambou çıxış edərək, xüsusilə gənclər arasında insan haqları və demokratiyanın dəstəklənməsi yollarından danışdı.

Tədbirdə Şərqi Asiyadan olan nümayəndə Kombodcanın öncül blogeri, Combodca İnsan Hüquqları Mərkəzinın (CCHR) müdir müavini Sofeap Çak ölkəsində korrupsiyaya qarşı “qara qutu kampaniyası”na göstərdiyi yardım və ifadə azadlığının dəstəklənməsində gürülən işlərdən danışaraq, senzuranın gələcəyi barədə fikirlərini auditoriya ilə bölüşdü.

Venesuelalı məruzəçi Andres Azpura Web 2.0 internet alətindən istifadə edərək insan haqları pozuntularının ifşa olunmasında 300 gəncin hazırladığını tədbir iştirakçılarının nəzərinə çatdirdı.

Daha sonra Azərbaycandan olan gənc bloger, insan haqları pozuntularını YouTube, Facebook və Twitter vasitəsilə dünya ictimayyətinə yayan Emin Milli Azərbaycanda internet azadlığı, onun hazırkı durumu və gözləntilərini iştirakçıların nəzərinə çatdırdı. Emin Milli Azərbaycanda blogerlər, azad söz ifadə edənlərin hakimiyyət tərəfindən təqib olunduğunu, onların müxtəlif qarayaxmalara məruz qalaraq həbs olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bundan sonra tədbir iştirakçılarla sual-cavab formatında davam etdi.

Cənab Kazlariçin qapanış nitqindən öncə bir daha Facebook, Twitter kimi internet texnologiyalarının, onlayn bloglarının nümayşçilərin təşkilatlanmasındakı rolu, korrupsiya və insan haqları pozuntularının ifşa olunmasının Ərəb Baharında böyük rol oynadığı tədbir iştirakçıları tərəfindən vurğulandı.
XS
SM
MD
LG