ABŞ-ın demokrat senatoru Bob Menendeze qarşı irəli sürülən federal korrupsiya ittihamları ləğv edilib.
İlk məhkəmə prosesində jurinin ortaq məxrəcə gələ bilməməsindən bir neçə ay sonra hökumət yenidən cəhd etməmək qərarına gələrək Menendeze qarşı qaldırılan məhkəmə işini dayandırıb.
Hakim ötən həftə prokurorların ittihamları sübuta yetirə bilməməsini əsas gətirərək, Menendezə qarşı qaldırılan bəzi rüşvətxorluq ittihamlarını rədd edib.
Menendez siyasi dəstək qarşılığında zəngin floridalı göz həkimindən hədiyyələr və seçki kampaniyası ianələri qəbul etməkdə ittiham olunurdu.
Menendez isə günahsız olduğunu və hər zaman ədalət sisteminin bu günahsızlığı sübut edəcəyinə inandığını bildirib.