Accessibility links

Senat liderləri hökumətin maliyyələşdirilməsinə dair razılıq əldə edib


Senat liderləri çərşənbə günü federal hökumətin daha iki il müddətinə maliyyələşdirilməsinə dair hər iki partiyanın nümayəndələrinin dəstəiyi ilə razılıq əldə ediblər. Lakin mühacirətlə bağlı məsələlər ünvanlanmamış qalır.

“Mən bizim hər iki partiyanın və hər iki palatanın üzvləri ilə müdafiə xərcləri və başqa prioritetlərlə bağlı mühüm razılıq əldə etmişik”, Senatda əksəriyyətin lideri, Kentukki ştatından respublikaçı senator Mitç Makkonnell bildirib.

“Biz birlikdə Amerika xalqı üçün çox yaxşı bir razılıq əldə edərək bir araya gəldik”, Senatda demokrat azlığın lideri, Nyu York senatoru Çak Şumer bildirib.

Əldə edilmiş razılığa əsasən, ABŞ hökumətinin milli müdafiə və ölkə daxili proqramlara iki il müddətində 300 milyard dollar əlavə vəsait xərcləməsi nəzərdə tutulur. Bununla respublikaçıların Amerika hərbi qüvvələrinin xərclərini azaltdığı, demokratların isə imkansızlıqlara zərər verən büdcə üçün icbari məhdudiyyətə son qoyulub.

Senatda demokrat azlığın lideri, Nyu York senatoru Çak Şumer
Senatda demokrat azlığın lideri, Nyu York senatoru Çak Şumer

“Əldə etdiyimiz kompromis ilk dəfə olaraq bizim hərbi qüvvələrimizin Amerikanı daha təhlükəsiz etmək üçün daha çox resurslara malik olacağını təmin edir. Bu, bizə xidmət göstərmiş veteranlara bizim xidmət göstərməyimizə və fəlakətlərdən sonra bərpa, insfrastrukturun yaxşılaşdırılması və opioidlərdən istifadəyə qarşı mübarizə məqsədilə işimiz kimi mühüm səylər üçün maliyyəni təmin edir”, Mitç Makkonnell bildirib.

Senat liderləri razılığı federal hökumətin maliyyəşdirilməsi üçün cümə axşamı günü bitəcək son möhlətdən bir gün əvvəl əldə edib.

Razılığın əldə edilməməsi hökumətin fəaliyyətinin qismən ikinci dəfə bağlanması ilə nəticələnə bilərdi.

Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi
Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi

Qanun şəklinə düşməsi üçün paket Konqresin hər iki palatası tərəfindən təsdiq edilməli və prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi deyib ki, o, hökumətin maliyyələşdirilməsinə dair razılığa dəstəyini palatanın respublikaçı spikeri Pol Rayanın ölkəyə qanunsuz gəlmiş uşaqlarla bağlı məsələni ünvanlanacağına söz verənə qədər saxlayacaq.

Demokratların yanvar ayında Konqresin DACA adı ilə tanınan proqramla bağlı fəaliyyət göstərməməsinə etiraz əlaməti olaraq büdcəyə dair qanunu bloklaması nəticəsində ABŞ hökumətinin fəaliyyəti qismən dayandırılmışdı. Prezidenti Donald Tramp Obama administrasiyası dövründə qəbul edilmiş proqramın müddətinin bitməsi üçün mart ayının 5-nə kimi vaxt qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG