Accessibility links

ABŞ senatoru qanunvericiləri silahlara nəzarətə dair qanuna səs verməyə razı salıb


Konqresin Amerikada silahlı zorakılıqların qarşısının alınması üçün fəaliyyətə keçməsinə nail olmaq məqsədilə üç ildir irəli sürülən təkliflərdən sonra demokrat senator Kris Mörfi qeyri-adi bir addım atıb.

Floridada Orlando şəhərininin gecə klubunda 49 adamın ölümülə nəticələnmiş hücumdan bir neçə gün sonra Konnektikut senatoru demokratlar və respublikaçılar silahlı zorakılıqlarla bağlı fəaliyyət göstərməsə dayanmadan danışmağa davam edəcəyini elan edib.

Senator Kris Mörfi söz aldıqdan sonra 15 saat durmadan danışıb. O, nitqinin sonunda həmkarlarına üz tutaraq deyib ki, onlar özlərinə bu ölkədə bir daha kütləvi qətliam hadisəsinin baş verməməsi üçün nə edə biləcəkləri haqda sual verməlidirlər.

Senator Mörfi bildirib ki, Federal Təhqiqatlar Bürosunun şübhəlilər siyahısında olan şəxslərə odlu silah satılmasının qadağan edilməsi və silah alan şəxslər haqda məlumatların yoxlanılmasına dair qanun layihələri haqda razılıqlar olub.

Senatorun səyləri Amerikada Twitter sosial şəbəkəsi istifadəçilərinin diqqətini cəlb edib.

Kris Mörfi ABŞ Senatına 2012-ci ildə onun təmsil etdiyi Konnektikut ştatındakı Sandi Huk ibtidai məktəbində silahlı şəxsin 20 uşağı öldürməsindən bir ay sonra seçilib. Senatda olduğu dövrdə senator Mörfi ABŞ-da silahlara nəzarət haqda qanunların qəbul edilməsinin ən qızğın tərəfdarlarından biri kimi tanınır.

XS
SM
MD
LG