Accessibility links

Seçki pozuntuları qeydə alınmaqdadır [Videolar] (Yenilənir-9)


Azərbaycanda seçki
Azərbaycanda seçki

Müxtəlif məntəqələrdən fərqli şikayətlər

[Ən son məlumatlar ən yuxarıdakı məlumatlardır]

Yasamal r-nu, 17 sayli dairədə 17 saylı məntəqədə səsverməyə gələn bir insan ata-anasının yerinə qol çəkildiyini görür. Məntəqə sədri isə aaçıqlama verərək bunun bir plan olduğunu deyir. Video "Sancaq Production" Facebook səhifəsinə məxsusdur.

***

Bu videoda bir neçə seçki məntəqəsində qanun pozuntularının qeydə alındığı görünür. Videonu MeydanTV hazırlayıb.

***

63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı məntəqəsində deputatlığa namizəd Pənah Hüseynin müşahidəçilərinə və səlahiyyətli nümayəndəsinə hücum olub.

“Müşahidəçilərimi və səlahiyyətli nümayəndəmi məntəqədən zorla çıxarıb seçki qutusuna büllüetenlər doldurublar. Bu zaman mən özüm də həmin məntəqəyə gəldim və mənə də hüzum etdilər. Bununla bağlı polisə müraciət etmişəm”, deyə Hüseyn Amerikanın Səsinə bildirib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

***

Bakıda seçki məntəqələrindən birində Azadlıq Radiosunun rastlaşdığı Xətayə Xasməmmədova adlı xanım Azərbaycanda keçirilən seçkilərə bu cür qiymət verir. Video AzadlıqRadiosuna məxsusdur.

--------

Müsavat Partiyası seçki pozuntuları ilə bağlı ikinci bülletenini yayıb.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi saat 15-dək seçkilərin nəticələrinə təsir edəcək ciddi qanun pozuntuları ilə bağlı məlumatların komissiyaya daxil olmadığını bildirib.

Müsavat Partiyası bildirir:

30 saylı Suraxanı birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən seçici Misir Mahmudovun verdiyi məlumata görə, o, ailə üzvləri ilə birlikdə səs vermək üçün seçki məntəqəsinə gedib. Lakin seçici siyahısında öz adlarının qarşısında artıq imzaların çəkildiyini və şəxsiyyət vəsiqələrinin nömrələrinin yazıldığını görüblər. Bununla bağlı etiraz etdikdə, məntəqə seçki komissiyasının üzvləri “narahat olmayın, sizə də seçki bülleteni verərik” deyiblər

71 saylı Masallı seçki dairəsindən Xasay Fərzullanın verdiyi məlumata görə, 1500 seçicisi olan Mollaoba kəndində yerləşən 18 və 36 saylı seçki məntəqələrinin ikisinə birlikdə saat 12.00-dək səsverməyə gələnlərinin sayı 56 nəfər olub.

19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin ərazisində yaşayan seçici Sevil Məhəmməd qızı Məmmədovanın verdiyi məlumata görə, 4 nəfər seçicisi olan ailə üzvlərindən bir nəfərinin adı belə məntəqə seçki komissiyasının seçici siyahısında yoxdur. Onların qeydiyyatda olduqları mənzildə qeydiyyatı olmayan bir neçə nəfərin adı (Əliyeva Şamama) seçici siyahısına salınıb.

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbasın verdiyi məlumata görə, bu seçki dairəsinin 7 seçki məntəqəsində səsverməyə gələn hərbçilərin barmaqları xüsusi maddə ilə işarələnmədən onlara seçki bülletenləri verilib. Bu da həmin hərbçilərin digər seçki məntəqələrində də səsverməsinə şərait yaradılması deməkdir.

Bu seçki dairəsinin 11 saylı seçki məntəqəsində müşahidəçilərin seçki məntəqəsində normal müşahidə aparılması üçün heç bir şərait yoxdur. Belə ki, müşahidəçilər seçki komissiyasının üzvlərindən və seçki qutularından məcburən xeyli uzaq məsafədə yerləşdiriliblər.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrindəki müşahidəçilərin verdiyi məlumata görə, bu məntəqələrdə həyata keçirilən “karusel” metodu nəticəsində seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışırlar. Belə ki, müşahidəçilərin bildirdiyinə görə, eyni adamların bir neçə dəfə səs verdiyini müşahidə edilib və bu barədə məntəqə seçki komissiyasının sədrinə məlumat verilib.

30 saylı Suraxanı birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən seçici Misir Mahmudovun verdiyi məlumata görə, o, ailə üzvləri ilə birlikdə səs vermək üçün seçki məntəqəsinə gedib. Lakin seçici siyahısında öz adlarının qarşısında artıq imzaların çəkildiyini və şəxsiyyət vəsiqələrinin nömrələrinin yazıldığını görüblər. Bununla bağlı etiraz etdikdə, məntəqə seçki komissiyasının üzvləri “narahat olmayın, sizə də seçki bülleteni verərik” deyiblər.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 35 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Abbası, Müsavat Partiyasının namizədlərinin seçkidən çəkilməsi haqqında qərarını əsas götürərək, seçki məntəqəsinə buraxmamağa cəhd edilib. Təəccüblüsü odur ki, bu barədə MSK-nın hüquq şöbəsinə məlumat verən səlahiyyətli nümayəndəyə məntəqə seçki komissiyasının sədrinin haqlı olduğu bildirilib. Yalnız Seçki Məcəlləsini mükəmməl bilməsi nəticəsində Fəxrəddin Abbas həmin məntəqəyə daxil ola bilib və aşkar edib ki, seçki məntəqəsinə girən seçicilərin heç birinin barmağına mürəkkəb vurulmur. Bu da həmin seçicilərin digər seçki məntəqələrində səs verməsinə şərait yaradır.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsindən Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Tərlan Cabbarovun verdiyi məlumata görə, eyni seçicilər bu seçki məntəqəsində təkrar səs verirlər. Bununla bağlı məntəqə seçki komissiyasının sədrinə etiraz bildirib, lakin məntəqə seçki komissiyasının sədri buna məhəl qoymayıb.

***

Müsavat Partiyası seçki pozuntuları ilə bağlı bülleten yayıb. Partiya aşağıdakı seçki dairələrinin məntəqlərində seçki pozuntularını qeydə aldığını bildirir.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26 və 35 saylı seçki məntəqələrində saat 09.00-da seçki qutular artıq doldurulub

Seçki bülleteni
Seçki bülleteni

31 saylı Suraxanı ikinci seçki dairəsinin 16 saylı məntəqəsində Müsavat Partiyasının respublika üzrə müşahidəçiləri Vüqar Zamanovu və Aqşin Rəhmanovu seçki məntəqəsindən çıxarılıblar. Müşhahidəçilərin üzərində MSK-dan alınmış müşahidəçi vəsiqəsi var. Amma onlardan şəxsiyyət vəsiqəsi tələb olunur. Məntəqə seçki komissiyasının sədri deyib ki, müşahidəçi vəsiqəsi onun qardaşının ola bilər, şəkli oxşaya bilər.

17 saylı Yasamal üçüncü seçki dairəsinin M.Müşfiq adına 18 saylı tam orta məktəbdə yerləşən 13 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Arif Bağırzadənin verdiyi məlumata görə, bu məntəqədə müşahidəçilərin qeydiyyata alınması formal xarakter daşıyır. Belə ki, məntəqədə müşahidəçilərin qeydiyyatı üçün rəsmi sənəd yoxdur. Müşahidəçilərin seçki məntəqəsində baş verən hadisələri, xüsusən seçki qutusuna nəzarət etmək imkanları tam məhdudlaşdırılıb. Seçki bülletenləri müşahidəçilərin müşahidəsi altında sayılmayıb. Seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bülletenlərin sayılıb-sayılmadığını veb-kameranın çəkilişinə baxmaqla da müəyyənləşdirmək olar. Məntəqə seçki komissiyasının sədri və dairə seçki komissiyasının həmin an seçki məntəqəsində olan nümayəndəsinə nöqsanlar haqqında məlumatlar verilsə də, onların aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 4 saylı seçki məntəqəsində dairə üzrə müşahidəçi Mərdan Mehdinin verdiyi məlumata görə, seçki məntəqəsində həyata keçirilən karusel əməliyyatını foto-lentə aldığına görə məntəqə seçki komissiyasının tərtib etdiyi akta əsasən seçki məntəqəsindən çıxarılıb.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26 və 35 saylı seçki məntəqələrindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, saat 09.00-da seçki qutular artıq doldurulub. Müşahidəçilər seçki məntəqələrinə buraxılmırlar.

71 saylı Masallı kənd seçki dairəsinin 18 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüfət Baxışbəylinin verdiyi məlumata görə, seçki bülletenllərinin nömrələnmiş yuxarı sol küncü qabaqcadan dəstə-dəstə kəsilib.

9 saylı Binəqədi ikinci seçki dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Osman Kazımovun verdiyi məlumata görə, saat 10.30-da bu dairənin 15 saylı seçki məntəqəsində seçicilərin səsverməyə gəlməsi müşahidə olunmur. Məntəqə seçki komissiyasının üzvləri səbirsizliklə seçici gözləyir.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən olan, adının çəkilməsini istəməyən seçicilərdən biri zəng edərək bildirib ki, bu seçki dairəsinin tərkibində fəaliyyət göstərən məntəqə seçki komissiyalarında yekun seçki protokolları 29 oktyabr 2015-ci il tarixdə tərtib edilərək, dairə seçki komissiyasına təqdim olunub.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı məntəqəsində Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Aqşin Rəhmanov polisin təzyiqi ilə üzləşib. Müşhahidəçi seçki məntəqəsində şəkil çəkərkən iki polis əməkdaşı ona yaxınlaşıb və seçki məntəqəsindən qovacaqları ilə hədələyiblər. Qeyd edək ki, polis əməkdaşlarının səsvermə vaxtı seçki məntəqəsinə daxil olması Seçki Məcəlləsinə ziddir.

11 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, seçicilərə seçki bülletenləri bir otaqda verilir, seçki qutusu və müşahidəçilər isə digər otaqda əyləşiblər. Belə ki, müşahidəçilərin seçki prosesini müşahidə etmək imkanları yoxdur.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, heç bir ciddi pozuntusu qeydə alınmayıb.

***

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Azər Qasımlının seçki qərargaının məlumatına görə, Qasımlının müşahidəçiləri səhər saatlarından başlaraq çoxsaylı seçki pozuntuları qeydə alıb.

Namizədin seçki qərargahının məlumatında xüsusi qrupların müxtəlif məntəqələrdə səs verdiyi, 16 və 17 saylı məntəqələrdə namizədin məşvərətçi səs hüquqlu nümayəndəsinin məntəqlərdən uzaqlaşdırlmasına cəhd edildiyi, 7 və 30 saylı məntəqələrdə komissiyasının üzvünün topa bülleten atdığı deyilir.

“Bütün qanun pozuntularına baxmayaraq, Azər Qasımlının seçki qərargahının məntəqələrdən operativ aldığı məlumatlarla Mərkəzi Seçki Komissiyasının elan etdiyi məlumatlar uzlaşmır. Belə ki, saat 15.00 olan məlumata görə dairə üzrə 31 məntəqədə 10905 nəfərin səs verdiyi bildirilir. Lakin MSK-nın yaydığı məlumatda bu rəqəm 15515 göstərilir. Total saxtakarlıqlara belə baxmayaraq MSK seçki aktivliyini 42% şişirtməklə göstərib”, seçki qərargahı qeyd edir.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyasının rəsmiləri seçkilərin nəticəlsərinə təsir edəcək qanun pozuntuları barədə MSK-ya hər hansı məlumat daxil olmadığını bildirib.

***

Səhərdən başlayaraq parlament seçkiləri zamanı pozuntuların olması barədə məlumatlar daxil olmağa başlayıb.

Belə ki, “Azadlıq 2015” blokundan 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd Pənah Hüseyn həmin dairədə kütləvi pozuntuların olduğunu bildirib.

Həmin dairənin 7 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının rəhbəri bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb.

Müşahidəçilərin etirazından sonra komissiya rəhbəri bülletenləri səsvermə otağına gətirib.

11 saylı məntəqədə səsvermə üçün ayrılan yerdə kənar şəxslər olub. Müşahidəçilərin etirazına baxmayaraq, onlar kənarlaşdırılmayıb.

13 saylı məntəqədə məntəqə seçki komissiyasının sədri müşahidəçilərə küncdə yer ayırıb ki, burada da seçki qutuları pis görünür.

Bundan əlavə, əlində üç səsvermə bülleteni olan şəxs tutulub. Fakt sənədləşdirilib.

23 saylı Nəsimi-Səbayel dairəsindən (Bakının mərkəzi) deputatlığa namizəd REAL Hərəkatının üzvü Azər Qasımlı onun dairəsində total saxtalaşdırmanın olduğunu bildirib.

“Səhər saat 8:00-dan Nəsimi-Səbayel dairəsində total saxtalaşdırma baş verir. Bütün məntəqələrdə “karusel” həyata keçirilir, qutulara qalaq-qalaq bülleten atılır. Bütün bunlar polisin gözü önündə baş verir. Biz dairə seçki komissiyasının rəhbərinə müraciət etdik. Bundan sonra seçki komissiyasında olan üzvlərimizə təzyiqlər başladı. Onlardan tələb olunub ki, mən Facebook səhifəmdə yerləşdirdiyim videonu qaldırım, əks halda məni həbs edərlər. Bütün bunlar belə düşünməyə əsas verir ki, saxtalaşdırma bir mərkəzdən idarə olunur”, A.Qasımlı özünün Facebook səhifəsində yazıb.

A.Qasımlının yaydığı 23 saniyəlik videoda iki kişi mübahisə edir. Onların üzü görünmür. Müşahidəçi olduğu ehtimal edilən şəxs məntəqə seçki komissiyası rəhbərinin bir qrup şəxsi şəxsiyyət vəsiqəsini yoxlamadan səsvermə kabinəsinə göndərməsinə etiraz edir.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, heç bir ciddi pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib.

“Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb”, o qeyd edib.

XS
SM
MD
LG