Accessibility links

Şəhidlər Xiyabanında qəbirlər təhqir edilib


20 Yanvar faciəsindən 24 il keçir
20 Yanvar faciəsindən 24 il keçir

Baş Prokurorluq fakt üzrə cinayət işi qaldırılıb

Avqustun 21-dən 22-nə keçən gecə Bakıda Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Naməlum şəxslər Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verib. İlham Allahverdiyev 1990-cı il 20 Yanvar hadisələri zamanı keçmiş SSRİ ordusu tərəfindən qətlə yetirilib. Həyat yoldaşının ayrılığına dözməyən Fərizə Allahverdiyeva isə Rusiya işğalına etiraz olaraq elə həmin gün intihar edib.

XS
SM
MD
LG